ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 30 yanvar 2024-cü il tarixdə Rəhilə Orucova adına 109 saylı tam orta məktəbdə, Eldar Quliyev adına 145 saylı tam orta məktəbdə, 3 sayl Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə (bundan sonra 3 sayl UGİM PHŞ) və Şahin Abbasov adına körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
Rəhilə Orucova adına 109 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Gülnaz Kərimovanın, Eldar Quliyev adına 145 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri İlahə Məmmədovanın, 3 sayl UGİM PHŞ-in həmkarlar ittifaqı komitəsinin sədri Zülfiyyə Babayevanın və Şahin Abbasov adına körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Sevinc Aşumovanın və təşkilatların Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə məktəblərin və 3 sayl UGİM PHŞ-in ilk həmkarlar ittifaqlarının 7 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik, bağçanın həmkarlar ittifaqı komitəsinin 5 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik yeni tərkibləri seçilmişdir. İlk həmkarlar iitifaqları komitələrinin sədri Kərimova Gülnaz Əsgər qızı Rəhilə Orucova adına 109 saylı tam orta məktəbin, Məmmədova İlahə Nizami qızı Eldar Quliyev adına 145 saylı tam orta məktəbin, Babayeva Zülfiyyə Qara qızı 3 sayl UGİM PHŞ-in və Aşumova Sevinc Arif qızı Şahin Abbasov adına körpələr evi-uşaq bağçasının kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitələrinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.