• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ETX vətəndaşların bank kartlarından vəsaitlərinin oğurlanması hallarına münasibət bildirib

10-06-2024, 15:00 | Baxılıb: 348
“ETX vətəndaşların bank kartlarından vəsaitlərinin oğurlanması hallarına münasibət bildirib

Son vaxtlar vətəndaşların bank kartlarından kiber üsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir.
Diaspor.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) “APA-Economics”in sorğusuna cavab olaraq qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyi deyilib:

“Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir".

Açıqlamada o da qeyd olunub ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır:

“Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".скачать dle 10.6фильмы бесплатно


348

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.