• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

8-08-2024, 13:30 | Baxılıb: 224
“Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib Laçında təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib. Əvvəlcə V Yay Düşərgəsinin qısa xülasəsini əks etdirən videoçarx nümayiş olunub. Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək V Yay Düşərgəsinin Azərbaycanın dilbər guşələrindən olan Laçında keçirilməsinin önəmindən danışıb və bu düşərgənin gənclərin yaddaşında silinməz izlər buraxacağına inandığını bildirib. Laçının ilk dəfə olaraq dünyanın 60 ölkəsindən gələn qonağa ev sahibliyi etdiyini vurğulayıb. Ənənə halını alan Yay düşərgələrinin xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini möhkəmlətmək və öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını söyləyib, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olmağa çağırıb. Sədr müavini bu cür tədbirlərin vətənpərvər gənclərin informasiya müharibəsində üstünlük qazanmasında, eyni zamanda dezinformasiyaların qarşısının alınmasında çox ciddi rol oynadığını diqqətə çatdırıb. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev düşərgənin Laçında keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dünyanın 60 ölkəsindən 115 gəncin Laçında olması, düşərgədə iştirak etməsi çox qürurverici bir hadisədir. Hüseyn Quliyev bu cür tədbirlərin gələcəkdə də Laçında keçiriləcəyinə ümidini ifadə edib. Sonra düşərgə iştirakçılarına sertifikatlar, breyn rinq və futbol oyunlarının qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

[media=Video%20linki:%20https://we.tl/t-3cqu4avdBD]скачать dle 10.6фильмы бесплатно

224

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib
Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.