• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

9 avqust dünya kitabsevərlər günüdür

9-08-2024, 14:00 | Baxılıb: 207
“9 avqust dünya kitabsevərlər günüdür

Bəzən saatlarca ilişib qalmaqdı səhər saat doqquza, axşam saat on birə və hər gün yuxudan durarkən saralmış səhifələri oxuyub doymamaqdı kitab sevgisi. Sonra... sonra dərsdən əvvəl və sonra kitabxanalarda kitablarla söhbət etməkdir. Ümidlər daha çox kitab şəklində ortaya çıxır. Yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. İnsan daha çox öyrəndikcə narahatlığı və əzabları artır. Aləmdəki ən sakit və ən rahatladıcı canlılardır kitablar. Bir də bu kitabların saxlanc yeri olan kitabxanalar.

İlahi! Bu kitab rəfləri arasında nələr gizlənib nələr. Budur qulağıma səsi gəlir Sokratın, Zərdüştün, Nizaminin, Nəsiminin, Mövlana və Sədinin, haray salıb Arazın o tayında Şəhriyar, Nargində güllələnən Müşfiq. Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavidin. Oxunur Tövrat, Zəbur, İncil və Quran. Kimisi oxuduğu qəhrəmanla baş-başa qalır, kimisi tarixin bir küncündə qısılıb qalır, kimisi isə dünyamızı gözəlləşdirən kitablarla ömrünə su səpərək başqasının yolunda gül əkir bu kitablarla.

Kitab deyərkən, ilk növbədə, hər birimizin ağlına bədii ədəbiyyat gəlir. İnsanın insan kimi formalaşıb şəxsiyyət kimi yetişməsində və müstəqil fikrə sahib olmasında oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır. Əslində, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünkü düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara səbəb oxuduğumuz kitablardır. Kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir.kitabxanada 700 min kitab var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən “Cinsi münasibətlərin araşdırılma institutu”nun kitabxanasını, arxivini yandırdı. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin “Bilgi məbədi”, “Ərəb baharı” zamanında atılan Molotov kokteyllərinə görə yandı. Tarixdə bir çox hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib.
Gəlin, ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə Allaha çatdıraraq “kitab adam” olaq. Gəlin, dəstə-dəstə gedək “Allah-allah deməyincə işlər olmaz” – deyən Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin “Gülüstan”ından əmin olaraq başqasının şübhəsindən narahat olmayaq, Ruminin “Məsnəvi”sindən ruhlanaq, qanadlanaq və göylərə uçaq. Nizaminin sirlərində öyüd, Nəsiminin hüruflarında söz, Aşıq Ələsgərə qoşulub xalq ədəbiyyatında dastan, Ordubadinin qılıncında – qələm, dumanında Təbriz, Şəhriyarın Araz həsrətli gözlərində qayıq olaq, Cavidin İblisinə Mələk, Müşfiqin xəyalındakı Xəzər olaq. Gəlin, bizim olana nəfəs olaq, can olaq. Ramiz Rövşənə hər gün yeni bir “nəfəs”, İlqar Fəhmiyə hər gecə “misra-misra” elegiya, Mir Şahinə “Heç nə haqqında hər şey” olaq. “Ovod”a – ümid, “Sevil”ə – azadlıq, “Dumanlı Təbriz”ə – Günəş olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq onlar desin... bizi oxu... bizi oxu!!!

Fariz ƏHMƏDOVскачать dle 10.6фильмы бесплатно


207

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib
Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.