• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azad olunmüş QARABAĞA səyahət-Fotolar.

12-08-2024, 16:00 | Baxılıb: 388
“Azad olunmüş QARABAĞA səyahət-Fotolar.

Azad olunmüş QARABAĞA səyahət

Azad olunmüş QARABAĞA səyahət-Fotolar.


Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı və Xalqımızın dəstəyi ilə Müzəffər Ordumuz tərəfindən 2020 -ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağımız işğaldan azad olunmuş, erməni faşizmi 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına imza etmək məcburiyyətində qalmışdır. Vətən müharibəsi ərəfəsində və Qələbədən sonra bir neçə dəfə iş yoldaşlarımızla birlikdə əsgərlərimizin görüşünə getmişdik. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Hadrut rayonunda olmuş, Tuğ kəndinə qədər getmişdik.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Getdiyimiz yerlərdə yol boyu Füzulidən Tuğa qədər bütün şəhər və kəndlər yerlə yeksan olunmudu. Elə bil çəyirtgə dəstəsi taxıl sahəsinə hücum edib hər yeri məhv etdityi kimi bütün yaşayış məntəqələri erməni vandalları tərəfindən dağıdılmış, daşı daş üstündə qoymamışdılar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
1-ci və 2-ci Qarabağ müharibələrində minlərlə şəhidimizin qanı bahasına Vətən torpaqlarını düşmənlərdən azad etmişik. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə və əsgərlərimizə can sağlığı arzulayırıq.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
4 il sonra 2024-cü ilin 10-11 avqust tarixlərində iş yoldaşlarımızla yenidən Qarabağımızda 2 günlük ekskursiyada olduq. Bu dəfə Ağdam, Xocalı, Əsgəran, Xankəndi, Şuşa və Laçında olduq. Gəzdiyimiz hər yerdə böyük abadlıq və quruculuq işləri yerinə yetirilirdi. Ekskursiyanın 1-ci günü Əsgəran qalasında, Xankəndində mərkəzi meydanda, pakda və idman meydançasının yaxınlığında olduq və Xankəndi şəhərinin görməli yerlərinə səyahət etdik (şəkillər əlavə olunur). Xankəndindən sonra Şuşa şəhərinə getdik.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, Cıdır düzünü, Natəvan Bulağını və İsa Bulağını ziyarət etdik (şəkillər əlavə olunur).
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Mən sonuncu dəfə İsa Bulağına 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığım zaman tələbə yoldaşlarımla Gəncədən gəlib xatirə şəklini çəkdirmişdik. Düz 45 il sonra 2024-cü ildə iş yoldaşlarımla və nəvəmlə İsa Bulağında yenidən xatirə şəkli çəkdirmək mənə nəsib olduğu üçün Allahıma minnətdaram (şəkil əlavə olunur).
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Günortadan sonra isə Laçın şəhərinə yollandıq. Laçın şəhərində əvvəlcədən razılaşdırılmış evlərdə yerləşib bir az istirahət etdikdən sonra Laçın şəhərinin gəzməli yerlərinə ekskursiya etdik və Həkəri çayının sahilində gəzdik (şəkillər əlavə olunur).
Ekskursiyanın növbəti günü Laçından Xocalıya və Ağdama gəldik. Xocalı Gül parkını və Ağdam məscisini ziyarət etdik (şəkillər əlavə olunur).
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Qarabağ bölgəsinə iki günlük ekskursiya çöx mənalı və səmərəli keçdi. Hiss olunur ki, Qarabağın əsl sahibi geri dönərək öz torpağında geniş həcmdə abadlıq və quruculuiq işlərini yerinə yetirməyə başlamışdır. Bunu öz şeirimdə aşağıdakı kimi ifadə etmişəm:
Qarabağ Azərbaycandır!

Gözün aydın Azərbaycan!
Qarabağım azad oldu,
Dəmir Yumruğun zərbəsi,
Dərdimizə dərman oldu!
***
Ali Baş komandanımın,
Vur, əmrindən ilhamlandıq!
Yağı düşman tapdağından,
Torpaqları geri aldıq!
***
Xalqımın mərd oğulları,
Silahlara sarıldılar,
Düşmənləri məhv edərək,
Şuşaya bayraq sancdılar!
***
Viran olmuş Qarabağda,
Ağıllı kəndlər salınır,
Ölkəmizin hər yerində
Zəfər marşları çalınır!
***
Böyük Qayıdış başladı,
Qaçqın, köçgün yoxdu daha,
Hamı ümidlərlə baxır,
İlhamla nurlu sabaha!
***
Xalqımız bir yumruq kimi,
Min könüldə bir candır,
Ali Baş Komandan demiş,
Qarabağ Azərbaycandır!

Biz inanırıq ki, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş komandanımız cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkəmizin bir qarış da olsa torpağı düşmən tapdağında qalmayacaq, Qarabağımızda geniş abadlıq və quruculuq işləri başa çatdırılaraq qaçqın və məcburi köçgünlərin öz doğma yurd yuvalarına dönmələri təmin ediləcəkdir.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Səmərəli və gərgin işlərin həyata keçirilməsində ölkə rəhbərliyinə və Azərbaycan xalqına uğurlar arzulayırıq. Biz də qalib ölkənin vətəndaşı olaraq öz öhdəmizə düşən hər bir tapşırığın icrasını təmin etməyə və Vətənimizin çiçəklənməsi naminə bütün səylərimizi səfərbər etməyə həmişə hazırıq.

Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azad olunmüş QARABAĞA səyahət-Fotolar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Yazıçılar Birliyi Şimal Qərb bölqəsinin üzvü
Nəbi Mülkümov .скачать dle 10.6фильмы бесплатно


388

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.