• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

20-08-2024, 10:30 | Baxılıb: 142
“Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.
Diaspor.info-nun məlumatına görə, Qobustanda “Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir.

“Diri Baba” türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltəraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.скачать dle 10.6фильмы бесплатно


142

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.