• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı konfrans keçirilib

24-08-2024, 10:00 | Baxılıb: 261
““Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı konfrans keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində sayca üçüncü ümumrayon tədbiri keçirildi. “Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı tədbirdə RİH başçısının müavinləri Vəzir Səfixanov və İsmayıl Əliyev, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin "Su təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları" şöbəsinin müdiri Hamlet Fətdayev və “Meliorativ torpaqşünaslıq” sektorunun müdiri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyeva, Pirallahı rayon Sukanalİdarəsinin rəhbərliyi və əməkdaşları, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət və sənaye müəssisələrinin, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etdilər. Diaspor.info xəbər verir ki, tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və mövzu ilə əlaqədar video-çarxın nümayişi ilə öz işinə başladı. Daha sonra RİH başçısının birinci müavini Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq, konfransın RİH başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planına uyğun olaraq keçirildiyinivə müasir dünyamız üçün ən qlobal problemlərdən biri olan su ehtiyatlarının tükənməsi probleminə diqqət çəkmək məqsədi daşıdığını bildirdi. Vurğulandı ki, su qıtlığı aclıq, xəstəliklər, iqtisadi tənəzzül və hətta müharibələrə yol aça bilər. Buna görə də hər ötən gün suyun qorunması məsələsi daha da əhəmiyyətli bir hal alır. Natiq qeyd etdi ki, Pirallahı rayonu da uzun illər içməli su problemi ilə üzləşən bölgələrdən biri olmuşdur. Rayon, 150 illik tarixə sahib olmasına baxmayaraq, yalnız 2017-ci ildə, ölkə başçısının xüsusi diqqət və qayğısı və yekunda şəxsən iştirakı nəticəsində içməli su ilə təmin olunmuşdur. Buna qədər qəsəbəyə Zirə quyu zonasından həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilir, Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin etməyə məcbur olurdular. V.Səfixanov onu da vurğuladı ki, su problemlərinin həlli yalnız milli səylərlə məhdudlaşa bilməz. Bu problemlərin həlli üçün beynəlxalq həmrəylik və əməkdaşlıq mütləqdir. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29, iqlim maliyyəsi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün ideal bir platforma olacaqdır. Natiq daha sonra rayon ərazisində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.Daha sonra “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin "Su təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları" şöbəsinin müdiri Hamlet Fətdayev çıxış edərək, son illərdə ölkəmizdə sudan səmərəli istifadənin səmərəliliyinin artırılması vəsuvarma suyu ilə təminatın yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə iri layihələrin icra edildiyini bildirən Natiq nəticədə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatının müasirləşdiyi və yaxşılaşdığını qeyd etdi. Nitqinin sonunda H.Fətdayev, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılmasının vacibliyini qətiyyətlə vurğuladı.

Növbəti olaraq, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin sektor müdiri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyevasöz aldı və natiq ölkəmizin yeraltı və yerüstü su ehtiyatları barədə geniş nitqlə çıxış etdi. Vurğulandı ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Bildirildi ki, ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları isəəsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır.скачать dle 10.6фильмы бесплатно


261

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.