• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil edilib

29-08-2024, 13:30 | Baxılıb: 252
“Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil edilib

Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil edilib

Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil olunub.
Müvafiq sahədə bilik və bacarıqların artırılması məqsədilə keçirilmiş tədbirdə bir sıra dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və BMT QAK-ın ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Bik Lum tədbirdə giriş sözü ilə çıxış edib və seminarın işinə uğurlar arzulayıblar.
Ombudsman əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması istiqamətində müvafiq qanunvericiliyin, hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi və bu sahədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb, yerli və beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti institutları ilə birgə tədbirlərin təşkil olunduğunu qeyd edib.
Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil edilib
S.Əliyeva beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin tərkib hissəsi kimi, müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla tərəfdaşlıqda mütəmadi olaraq görüşlərin, məsləhətləşmələrin və layihələrin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyətindən danışaraq, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını bildirib. Qeyd edilib ki, başçəkmələr çərçivəsində qəbul edilən və müraciətləri araşdırılan şəxslər arasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də var və onların hüquqlarının müdafiəsi məsələlərinə Ombudsmanın fəaliyyətində geniş yer verilir.
Sonra tədbirdə Ombudsman Aparatının, həmçinin digər dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət, eləcə də beynəlxalq təcrübə barədə geniş məlumat verib, təqdimatlar ediblər. Həmçinin ölkə təcrübəsində bu sahədə əldə olunan yeniliklər, Ombudsman tərəfindən formalaşdırılmış təcrübə iştirakçıların diqqətinə çatdırılıb.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

252

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.