• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib

2-09-2024, 15:00 | Baxılıb: 260
“ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib

ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton universitetində Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib.
Forumda Corc Vaşinqton Universitetində və ABŞ-nin 21 müxtəlif ştat və şəhərində təhsil alan azərbaycanlı tələbə və professorların, həmçinin Vaşinqtonda çalışan azərbaycanlı diplomatlar iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.
Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının Assosiasiyanın sədri Kənan Məmmədov, Amerika-Azərbaycan Tələbə Təşkilatının rəhbəri Nabat Eminova və Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova açılış nitqi ilə qonaqları salamlayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev öz çıxışında Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya Şuraları, avqust ayında Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verib. ABŞ-də yaşayan azərbaycanlı gənclərin və tələbələrin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Amerika-Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova və Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova çıxışlarında forumun əhəmiyyətini, aparılan müzakirələrin faydalarını diqqətə çatdırıb, belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər, iştirakçılara uğurlar arzulayıblar.
Pensilvaniya Universitetində kompüter elmləri üzrə təhsil alan Reyhan Camalova forumda iştirakından və ABŞ-də uğur qazanmış soydaşlarımızla aparılan fikir mübadiləsindən məmnunluğunu bildirib.
Dövlət təqaüdü əsasında Corciya Texnologiya İnstitutunda təhsil alan Əsmər Bayramova dünyanın ən əhəmiyyətli ölkələrinin birində Azərbaycan himninin səslənməsindən və Azərbaycan bayrağının dalğalanmasında qürur duyduğunu, soydaşlarımızın bu forumda şəbəkələşməsinin müsbət hadisə olduğunu deyib.
ABŞ-də dağ-mədən sənayesində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ülvi Verdiyev həmin ölkənin müxtəlif ştatlarında təhsil alan və fəaliyyət göstərən soydaşlarımızın Azərbaycanı layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.
Foruma Nyu York şəhərindən qatılan və orada təhsil alan Fərid Axundov bu cür forumların gənclərin gələcəkdəki fəaliyyətinə müsbət təsirindən danışıb.
Tədbirdə müxtəlif mövzularda fikir mübadiləsi və müzakirələr aparılıb, Komitənin və diasporumuzun gördüyü işlərə dair videoçarxlar, qrup təqdimatları nümayiş olunub.
Daha sonra "Gənclərin təhsil vasitəsilə inteqrasiyası", "Azərbaycan əsilli amerikalıların yeni nəsli: Mənim dünyam, ruhum, gözləntilərim", "Xəyal et, inan, buna nail ol: dəyişiklik naminə gənclərin Birliyi" və s. mözvularda panel müzakirələri aparılıb. Həmçinin Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsinə və şəhidlərə həsr olunmuş “Tarix dərsi” adlı videoçarx göstərilib.
Forum milli musiqimiz və milli rəqslərimizin nümayiş olunduğu bədii hissə ilə davam edib.
Tədbir iştirakçılara diplomların təqdim olunması və “Birlikdə” adlı videoçarxın nümayişi ilə başa çatıb.

[center]ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib
ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilibскачать dle 10.6фильмы бесплатно

260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.