• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib

11-09-2024, 21:00 | Baxılıb: 202
“Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Alimlərimizin işğaldan azad olunmuş Xankəndinə səfəri zamanı oxunan müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Dünyanın müxtəlif ölkələrində yaşayıb-çalışan azərbaycanlı alimləri birləşdirən təşkilatımız doğma Vətənimizin yüksəlişlərini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz, Vətənimizdən kənarda fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayırıq: “Azərbaycan torpağının hər guşəsi hər bir azərbaycanlı üçün əzizdir”. Dünyanın ayrı-ayrı ölkələrində, fərqli elm sahələrində işləyən araşdırıcılarımızı qovuşduran Dünya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi Vətənimizin inkişaf və tərəqqisinə mümkün köməklərimizi göstərməkdir.
Bu gün, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə, işğaldan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən, qalib xalqımızın və onun müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilaskarı qarşısında inanılmaz xoşbəxtlik və qürur hissi keçirdiyimizi Sizə və bütün dünyaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda xalqımızın çəkdiyi əzabları və verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə can sağlığı arzulayırıq.
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər kimi, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik.
Cənab Prezident! Şanlı silahlı qüvvələrimizin Ali Baş Komandanı olaraq xalqımızı zəfərə qovuşdurduğunuz, torpağımızın ərazi bütövlüyünü bərpa etdiyiniz, vətənimizin tam suverenliyini təmin etdiyiniz üçün daim Sizə minnətdarıq.
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliklə biz də ümumi tərəqqimizə töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli mənası olan böyük işlərdə Sizin yardımçınıza çevrilə biləcəkdir.
Bu gün, Xankəndidə hər birimiz, ulu öndərimizin bu ölməz sözlərini sevinc göz yaşları ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!”.скачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.