• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib

17-09-2024, 19:00 | Baxılıb: 263
“Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib

Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Koreya Respublikasında yaşayan soydaşımız Rahil Əhmədova və övladı həmin ölkənin Prezidenti Yoon Suk-yeol və xanımı Kim Keon Hee ilə birlikdə Çusok (Məhsul) bayramına həsr olunmuş təbrik videosunda iştirak edib.
Prezident Sarayında çəkilən 4 dəqiqəlik bayram təbriki videosunda Prezident Yoon Suk Yeol və birinci xanım Kim Keon Hee Koreya xalqına firavan və bolluqla dolu bir Çusok bayramı arzulayıblar.
Prezidentin videotəbrikində müxtəlif ölkələrdən 12 çoxmədəniyyətli ailənin 3-11 yaşlı övladları iştirak edib. Bu ailələr arasında Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin Çoxmədəniyyətli Ailələr Komitəsinin üzvü və Ədliyyə Nazirliyinin Sosial İnteqrasiya İmmiqrantlar Mentor Qrupunun üzvü olan Rahil Əhmədova, onun 3 yaşlı qızı Li Arin və həyat yoldaşı da olub.
Çəkiliş zamanı Koreya Respublikasının Prezidenti və xanımı soydaşımız Rahil Əhmədova, onun qızı və həyat yoldaşı ilə səmimi söhbət edərək, onları Çusok bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıblar.
Qeyd edək ki, Rahil Əhmədova Koreyadakı Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı və “Korever” şirkətinin baş icraçı direktorudur. O, 2008-ci ildə Koreya Dövlət Təqaüd Proqramı vasitəsilə Cənubi Koreyaya gəlib və 2013-cü ildə Kyunqpuk Dövlət Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsilini başa vurub. Cənubi Koreyada multikulturalizm və əcnəbi sakinlərin inteqrasiyasına dəstək sahəsində göstərdiyi xidmətlərə görə 2023-cü ildə Seul şəhərinin fəxri vətəndaşı adına, eləcə də Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin mükafatına layiq görülüb.
Çusok bayramı Koreyada hər il sentyabr və ya oktyabr aylarında qeyd olunur. Bu bayram məhsuldarlıq, firavanlıq və ailə birliyinin simvolu kimi qəbul edilir.
https://www.instagram.com/reel/C_8N8QWR81n/?igsh=MWsyMDY5eG8yM2V3aw%3D%3D
[center]Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilib
Azərbaycanlı xanım Koreya Respublikasının Prezidenti ilə videoçarxda çəkilibскачать dle 10.6фильмы бесплатно

263

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.