• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Euronews” telekanalı COP29 komandası barədə süjet yayımlayıb

10-10-2024, 18:00 | Baxılıb: 211
““Euronews” telekanalı COP29 komandası barədə süjet yayımlayıb

“Euronews” telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə süjet yayımlayıb.
Diaspor.info xəbər verir ki, süjetdə COP29-a sürətli və dəqiq hazırlıq işlərinə rəhbərlik edən Azərbaycan Əməliyyat Şirkəti İdarə Heyətinin sədri Nərmin Carçalova və onun müasir infrastruktur sayəsində davamlı inkişaf məqsədlərinə uyğun olaraq bir ildən az müddətdə tədbirin keçirilməsini təmin etməyə nail olmuş komandasından bəhs edilir.

Süjetdə Nərmin Carçalova COP29-u Azərbaycan üçün mühüm mərhələ və qlobal iqlim həlləri üçün əhəmiyyətli platforma kimi qiymətləndirir. O, bu sammit vasitəsilə Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına nail olacağına və iqlim dəyişikliyi ilə mübarizə üzrə səmərəli tədbirlərin dünya miqyasında təşviqinə sadiqliyini nümayiş etdirəcəyinə ümid edir.

Nərmin Carçalova bakalavr dərəcəsini Azərbaycan Dillər Universitetində alıb. 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura pilləsini bitirib. Daha sonra Harvard Kennedi Məktəbindən ictimai liderlik sertifikatı (“Public Leadership Credential”) alıb, 2021-2022-ci illərdə dünyanın ən nüfuzlu universitetlərindən birində - London Universitet Kollecində (UCL) dövlət idarəçiliyi üzrə magistr proqramını başa vurub, “Kənd təsərrüfatının dəstəklənməsi nümunəsindən istifadə edərək meşələrin qırılmasına təsir edən səbəblər” mövzusunda dissertasiya müdafiə edib. O, həmçinin 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 konfransı çərçivəsində sərgidə Azərbaycan pavilyonunun layihə rəhbəri olub.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.