Böyük sənətkarla tanışlıq
Türkiyə Cümhuriyyətinin böyük kino aktyoru Halil İbrahim Kalaycıoğlu bir çox teatr tamaşalarında yadda qalan obrazlar yaratmaqla yanaşı Tuzu Kurular, Koçum Benim, Səni Yaşatacağam, Lise Dəftəri, 24 Saat, Büyük Buluşma, Cənnət Mahallesi, Acı Hayat, Aman Annem Görmesin, Kahramanlar, Kırık Kalpler, Kız Kaçıran, Farklı Desenler, Nizama Adanmış Ruhlar, Ötesiz İnsanlar və başqa televiziya seriallarında yer almış, daha sonra Çalınan Ceset, Son Osmanlı, Yandım Ali, Tramvay, Umut Adası, Dede Korkut Hikayeleri, Hür Adam və Kara Ağaç Dastanı kino filmlərində rollarda oynamış, 2010-2015 yılları arasında Kurtlar Vadisi Pusu adlı tele serialda yadda qalan Zülfükar Ağa obrazını yaratmışdır.
Gğrkəmli Türk sənət adamı Halil İbrahim Kalaycıoğlu tanınmış gənc rejissor Natiq Novruzovun dəvəti ilə NNFİLM.AZ tərəfindən Azərbaycanda çəkilən Lənətli Kitab filmində çəkilmiş və hazırda çəkiləcək ÜÇ PAPAQ filmində oynamaq üçün dəvət almışdır.
Mənim dostum, tanınmış iş adamı Hidayət Heydərovun və gənc rejissor Natiq Novruzovun vasitəsilə görkəmli sənət adamı Halil İbrahim Kalaycıoğlu ilə tanış olmaq fürsətini qazandım və ona müəllifi olduğum VƏTƏN SEVGİSİ kitabını bağışladım. Həmin görüş məndə böyük təəssüratlar yaratmış və inanıram ki, daima yaddaşlarda qalacaqdır.
Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Respublikası Yazıçılar Birliyi Şimal Qərb Reqional
Bölməsinin üzvü
Nəbi Mülkümov