• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİN-də COP29-la əlaqədar kollegiya iclası keçirilib

17-10-2024, 21:00 | Baxılıb: 386
“DİN-də COP29-la əlaqədar kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində (DİN) COP29 ilə əlaqədar Kollegiya iclası keçirilib.

Bu barədə Diaspor.info-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.


2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.
Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb.Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrinin icrasını böyük əzmlə davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə həyata keçirməyə çalışır.

Eyni zamanda, avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.
Yekunda general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin bundan sonra da məsul vəzifələrin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcəyinə, ölkədə sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyinə əmin olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


386

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.