• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali Məhkəmə əhalinin kommunal borclarına dair qərar qəbul edib

13-12-2024, 14:00 | Baxılıb: 482
“Ali Məhkəmə əhalinin kommunal borclarına dair qərar qəbul edib

Müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib.

Bu barədə Diaspor.info-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.

Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd etmişdir ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.

Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

Ali Məhkəmənin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.

Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayəti təmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.скачать dle 10.6фильмы бесплатно


482

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.