Müasir Tədris Təlim Texnologiyaları
Tələbə, İlyasov Kamran Xan oğlu
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Açar sözlər: tədris, funksional, informasiya, struktur, komponent, texnologiya, prinsip
Ключевые слова: образовательный, функциональный, информационный, структура, компонент, технология, принцип
Key words: educational, functional, information, structure, component, technology, principle
Xülasə
Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafını təmin etmək,Şəxsiyyətin formalaşması qanunauyğunluqlarını aşkara çıxarmaq.Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirmək və yaymaq. Müəllimin təlim-tərbiyə fəaliyyətini nəzəri metodika əsasında işləyib hazırlamaq.Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək. Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər. Müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texnologiyalarını tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini yeniləşdirmək.
Elm və texnikanın sürətli inkişafı, qloballaşma və inteqrasiya prosesləri müəllimə verilən pedaqoji tələblərin müasir dövrümüzün inkişaf tələblərinə uyğunlaşdırılmasını zəruri edən başlıca amillərdir. Müəllimlər yeni təlim metodlarının, İKT-nin köməyi ilə pedaqoji prosesdə müsbət nəticələr göstərməyə çalışır, bu yolda pedaqoji ustalıq və qabiliyyətlərindən maksimum dərəcədə faydalanaraq əllərindən gələni əsirgəmirlər. "Müasir müəllim necə olmalıdır?" sualı təkcə respublikamızda deyil, həmçinin, dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tahsil işçilərini, ümumiyyətlə, pedaqoji aləmi düşündürən ən vacib məsələlərdən biri, hətta birincisidir.
Hər bir ölkənin özünəmxsus təhsil sistemi,təhsil siyasəti,təhsil və inkişaf konsepsiyası vardır. 70 il SSRİ dövründə inzibati amirlik metodu hökm sürmüşdür. Yəni yuxarıdan əmr və sərəncamlarla məktəblər idarə olunurdu. Demokratizm və prularizmin hökm sürdüyü müstəqil Azərbaycan hökumətinin isə özünəməxsus təhsili və təhsil konsepsiyası vardır. Məktəblərin yenidən qurulması ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Qanunu və Təhsil Haqqında İslahat proqramları qəbul edildi. İstər Təhsil Qanunu, istərsə də təhsil haqqında İslahat proqramlarının tələblərinə uyğun olaraq Respublika Pedaqoji ictimaiyyətinin qarşısına aşağıdakı vəzifələr qoyulmuşdur: (Mehrabov, 2007)
1. Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafını təmin etmək.
2.Şəxsiyyətin formalaşması qanunauyğunluqları aşkara çıxarmaq.
3.Qabaqcıl pedoqoji təcrübəni ümumiləşdirmək və yaymaq.
4. Müəllimin təlim-tərbiyə fəaliyyətini nəzəri metodika əsasında işləyib hazırlamaq .
5. Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək.
Elm və sənət hansı ölkədən gəlirsə gəlsin bütün insanlara aiddir. Ona görə də xüsusi qeyd olunmalıdır ki,dünya pedaqoji fikrinin dəyər statusu qazanmış nümunələri ayrı-ayrı seçilmiş xalqa və millətə deyil, bəşər mədəniyyətinə məxsusdur.Bu tarixi-pedaqoji irs dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli,tədqiq və təbliğ olunmalıdır. İndiki dövrdə bu böyük aktuallıq kəsb edir. “Bu məqsədlə Azərbaycan hökuməti maliyyə üçün ABŞ,İngiltərə,Yaponiya,Çin,Almaniya,Rusiya,Hollandiya kimi inkişaf etmiş ölkələrlə və Dünya Bankı,UNİSEF,SOROS Fondu kimi təşkilatlarla iş birliyi qurmuşdur. Odur ki,1999-cu ildən Təhsil Sahəsində İslahat Proqramı həyata keçirilməyə başlanmış və bu layihə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi istiqamətinə yönəldilmişdir. Bunun da mərkəzində ilkin müəllim.hazırlığı,
Təhsilin hərtərəfli və ahəngdar inkişafına təkan verir.
İnsan 3 cəhətdən tərbiyə olunursa,o,şəxsiyyət bütövlüyünə yiyələnə bilər.Bunlar aşağıdakılardır:
1). mənəvi-ruhi tərbiyə; 2). əxlaqi və etik tərbiyə; 3). ağlın, iradə və xarakterin tərbiyəsi.
Bütün zamanlarda əxlaq və mənəviyyat şəxsiyyət bütövlüyünün meyarı kimi götürülmüşdür. Azərbaycan pedaqojiictimai fikrində şəxsiyyətin mənəviyyatı dedikdə,bütün insanlığın xeyrinə xidmət edən ümumbəşəri mənəviyyat nəzərdə tutulur. Hazırda dünyada təhsillə bağlı yeni ciddi çağırışların şahidiyik. Pandemiya dövrü hələ də davam edir. (Nəzərov, Məmmədov, 2008)
Layihələr metodu XX əsrin 20-ci illərindən ABŞ-da Con Djui və onun şagirdi Kill Patrin tərəfindən işlənmişdir. Bu metodla fəal təlim əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qurulmuşdur. Metodun əsas mahiyyəti uşaqların əldə etdikləri biliklərin həyatda onlara lazım olmağını göstərməkdir. Tədris prosesində şagirdə tanış olmayan,onun üçün əhəmiyyət daşıyan, real həyatdan götürülmüş ən vacib problemin həllinə, onun malik olduğu və əldə edəcəyi biliklərdən istifadə etmək öyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini göstərə bilir və bu informasiyadan necə axtarmağın mümkün olduğunu deyə bilir,uşağı istiqamətləndirə bilir. Layihələr metodundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxt ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə yönəlir. Burada həm müasir (kompüter telekommunikasiyaları, elektron baza göstəriciləri, video və multimedia vasitələri,faks,video rabitə),həm də ənənəvi (elm və məlumat kitabları,video yazıları və b.) tədris vasitələrindən istifadə edilə bilər.Həmçinin layihələr metodu bir kompleks problem üzrə yerinə yetirilir. Ümumilikdə,Tədrisdə geniş istifadəsi imkanları ilə özünü göstərən, pedaqoji təcrübədə genis tətbiq olunan və Azərbaycan dili fənninin tədrisində tətbiq edilən üsulların da daxil olduğu səxsiyyətyonumlu-inkisafetdirici pedaqoji metod vo texnologiyalar (üsullar) asagidakı kimi təqdim edilir:
1) Əməkdaslıqla təlim texnologiyası:
2) Layihələr metodu ilə talim texnologiyası:
3) Modulla təlim texnologivası:
Dərslərin səmərəli təşkili üçün təlim zamanı metod və texnikalardan düzgün istifadə etmək çox vacib məsələlərdən biridir. Professor Y.Kərimovun vurğuladığı kimi, «Təlim metodlarından düzgün istifadə olunduqda şagirdlər idrak metoduna yiyələnir, biliklər əldə edir və onların təcrübədə tətbiqini öyrənirlər. Lakin, səmərəli layihəli tədris fəaliyyəti üçün kiçikyaşlı məktəblilərin xüsusi hazırlığı zəruridir. Bu aşağıdakılardan ibarətdir: Birinci, şagirdlərdə tələbələrdə dərs prosesində effektiv sosial intellektual qarşılıqlı əlaqələrin əsasında duran bir sıra kommunikativ bacarıqların formalaşmasıdır. (Ağayev, 2006)
- soruşmaq bacarığı (digər şagirdlərin nöqteyi-nəzərini aydınlaşdırmaq, informasiya qıtlığı zamanı müəllimə müraciət etmək);
- səsini idarə etmək bacarığı (aydın danışmaq, situasiyadan asılı olaraq səsinin tonunu dəyişmək);
- razılığa gələ bilmək bacarığı (səmimi atmosferdə ən düzgün, rasional, orijinal həllin seçilməsi).
Bu bacarıqlar uşaqlar tərəfindən ilk dərslərdən formalaşır.Belə ki, uşaqlar müəllimlə birgə müxtəlif tədris situasiyalarında özləri üçün uyğun olan “ünsiyyət qaydalarını” kəşf edir və onları formalaşdırırlar; həm xarici tərəfi – mülahizələrin qurulması (müraciət, əvvəldən axıra qədər diqqətlə qulaq asmaq, qrupda “işlək səs-küy”), həm də daxili tərəfi – mülahizələrin məzmunu (isbatı, nəzər nöqtəsinin əsaslandırılması, müsbət istiqamət, mülahizələrin mehribanlılığı, tənqiddə konstruktivliyi) nizama salır. Kiçikyaşlı şagirdlərin layihə fəaliyyətində hazırlığının ikinci göstəricisi kimi uşaqların təfəkkürünün inkişafı,müəyyən “intellektual yetkinlik” çıxış edir.
Pedaqoji sistemin təkmilləşməsi iki yolla həyata keçirilir:
1.İntensiv yol 2.Ekstensiv yol
1.İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə salmaqla bağlıdır. Məsələn, yeni metodlar tətbiq etməklə şagirdlərə müstəqil iş bacarıqları aşılanmaqla onları özünütəhsilə cəlb etmək intensiv yoldur.
2.Ekstensiv yol pedaqoji prosesə əlavə vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək olar. Bu ekstensiv yoldur.Halbuki bunsuz da məqsədə nail olmaq mümkündür.Yeni pedaqoji təfəkkür,milli qaynaqlar və ümumbəşəri dəyərlər zəmində yaranan məktəbin inkişafında təsir edə biləcək konsepsiyalar, nəzəriyyələr meydana çıxdı. Bu dövrdə təlim və tərbiyə nəzəriyyəsində ciddi dəyişiklik baş verdi İdeyalar dəyişdi. (Bayramov, 2004)
Təlim metodlarının köməyi ilə əsas tətbiyəvi ideyalar kollektivçilik, əməkdaşlıq,qarşılıqlı, qarşılıqlı, əməkdaşlıq, yaradıcı və s.həyata keçirilir Kollektiv fəaliyyətdə şəxsiyyətlərarası əlaqələri möhkəmləndirir. Birləşmiş Millətlər Təşkilatının XXI əsri «Təhsil əsri»-«İntellekt əsri» adlandırması heç də təsadüfi deyil.Bu son illərdə dünyanın inkişaf etmiş ölkələrində daha parlaq şəkildə nəzərə çarpan elmi-texniki nailiyyətlərin nəticəsindən,həyata tətbiqindən irəli gələn zərurətdir. Deməli, hazırkı dövrdə diqqəti cəlb edən qlobal problemlərdən biri «təhsil əsrinin» ilk illərindən başlayaraq yeni pedaqoji texnologiyalara, fəal təlim metodlarına istinad etmək və milli təhsil sistemimizin dünya təhsil sisteminə inteqrasiya olunmasına zəmin yaratmaqdır. Pedaqoji prosesin tarixi inkişaf strukturuna və xronologiyasına daha çox diqqət yetirən M.V.Klarin daha sonra təlim prosesində pedaqoji texnologiyanın bir sıra başlıca məsələləri üzərində dayanır. Pedaqoji texnologiya psixoloji-pedaqoji qaydaların cəmidir və bunlar formaları, metodları, üsulları, priyomları, tərbiyə vasitələrini müəyyən edir» (B.T.Lixaçov). Pedaqoji texnologiya-təlim prosesinin reallaşdırılmasının məzmunlu texnikasıdır (V.P.Bespalko). Pedaqoji texnologiya-təlim nəticəsində planlaşdırılmış müvəffəqiyyət prosesinin təsviridir. (İ.P.Volkov). Texnologiya- sənətdir, ustalıqdir, bacarıqdır, təlim metodların cəmidir, vəziyyətin dəyişməsidir (V.M.Şenel).Təlim texnologiyası-didaktik sistemin tərkibi, prosessual bir hissədir (M.Çoşanov). «Pedaqoji texnologiya» anlayışı üç aspektdə təqdim oluna bilər:
1.Elmi-pedaqoji texnologiya pedaqogika elminin məqsədləri məzmunu və təlim metodlarını öyrənib işləyən və pedaqoji prosesi layihələşdirən bir hissəsidir.
2.Prosessual-təsviri: Təlimin planlaşdınlmış nəticələrinə nail olmaq üçün alqoritm prosesi, məqsəd, məzmun və vasitələrin cəmi kimi.
3.Prosessual-təsirli:Texnoloji proses kimi bütün şəxsi,instrumental və metodoloji pedaqoji vasitələrin fəaliyyəti.
Əgər bu gün müstəqil Azərbaycanımızın təhsil sistemi dünya,təhsil sisteminə,inteqrasiya olunursa,təhsilimizin ayrı-ayrı mərhələləri təhsilin dünya standartları tələbləri səviyyəsində qurulur və əsaslı təkmilləşdirmə, yeniləşdirmə işləri aparılırsa, deməli, pedaqoji prosesdə iştirak edənlərin hamısı «pedaqoji texnologiya»anlayışlarının mahiyyətini daha mükəmməl həyati mövqedən mənimsəməli,buna uyğun fəaliyyət istiqamətləri nəzərə çarpmalıdır.Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri – problemli təlim, işgüzar oyunlar, modul təlim,Valdorar pedaqogikası,Şatalov pedaqoji sistemi, kompüter təlimi və s. bunların hamısı təlim texnologiyalarının formaları kimi təhlil edilməlidir. (İsmixanov, 2013)
Beləliklə,“Tədris prosesinə fəal təlim metodlarının daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, təfəkkürün inkişafına,təlimin keyfiyyətinin yüksəldilməsinəşərait yaradır. Fəal təlim metodlarının tətbiqi nəticəsində“Təhsil sahəsində İslahat proqramın təlim-tərbiyə prosesinin demokratikləşdiriməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması, diferensiallaşdırılması, fərdiləşdirmə,inteqrasiya prinsiplərini geniş tətbiq etməklə həyata keçirmək olar”
ƏDƏBİYYAT
1. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, 2007.səh 7-8
2. Nəzərov A., Məmmədov R.. Pedaqoji ustalıq Dərs vəsaiti. Bakı, 2008.
3. “Qloballaşma və Azərbaycanda təhsilin aktual problem ləri”.Beynəlxalq Elmi-praktik konfransın materialları.Bakı, 2004.
4. Ağayev Ə., “Təlim prosesi: ənənə və müasirlik”, “Adiloğlu” nəşriyyatı Bakı-2006
5. Bayramov V.H., “Müasir təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqinə dair”, Bakı – 2004.
6. İsmixanov, Pedaqogikanın əsasları, Pedaqoji institut və universitet tələbələri üçün dərs vəsaiti. M.A. İsmixanov. -Bakı: ADPU-nun nəşriyyatı, -2013.- 304 s