• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan diasporuna ağır itki üz verib

8-01-2026, 18:00 | Baxılıb: 304
“Azərbaycan diasporuna ağır itki üz verib

Azərbaycan diasporuna ağır itki üz verib
ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı rejissor və prodüser Sevinc Kərimova vəfat edib.
Mədəniyyətimizin tanınan simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına kömək göstərib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
2023-cü ildə keçirilən “Bakı Payızı – 35 il sonra” adlı müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
“Birlikdə” layihəsi çərçivəsində isə Azərbaycanın tarixi, həqiqətləri və mədəniyyəti haqqında yüksək peşəkarlıqla bədii videoçarx hazırlanaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib. Videoçarxda Azərbaycan Dövlət Xor Kapellası və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun rəqs qruplarının da çıxışları yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə Sevinc Kərimova xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dəki Azərbaycan icmasının fəal üzvünün, tanınmış mədəniyyət xadimi Sevinc Kərimovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
скачать dle 10.6фильмы бесплатно


304

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.