• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır

19-01-2026, 13:00 | Baxılıb: 209
“Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır

Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Diaspor.info xəbər verir ki, layihə ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Kimberli Prosesi emal edilməmiş almazların dövriyyəsini tənzimləyən beynəlxalq ticarət kanallarından “münaqişəli” almazların kənarlaşdırılmasına hədəflənmiş daimi fəaliyyət göstərən dövlətlərarası konfransdır.

“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə əsasən, hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətin həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, eləcə də ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə məsuliyyət tədbirləri müəyyən olunmalıdır.

Adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə başçısı tərəfindən “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” 25 fevral 2025-ci il tarixli 500 nömrəli Sərəncam imzalanıb. Həmin Sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, təqdim edilən qanun layihəsi aşağıdakı məsələləri tənzimləyir:

1. emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizminin yaradılması;

2. emal edilməmiş almazın ixracı ilə əlaqədar sertifikatın forması və verilməsi qaydasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğunlaşdırılması;

3. emal edilməmiş almazın idxalının yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilməsi;

4. emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı müəyyən olunacaq mexanizmin pozulmasına, yəni müvafiq rəy olmadan idxal və ixracın həyata keçirilməsinə görə inzibati məsuliyyətin nəzərdə tutulması.

Qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək.

Qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, emal edilməmiş almazın dövriyyəsinə nəzarətin həyata keçirilməsi yolu ilə eləcə də onlardan işlənilmiş almazların da keyfiyyətinin təminat altına alınmasına xidmət edəcək.

Eyni zamanda, Prezidentin müvafiq Sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.