• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib

21-01-2026, 11:30 | Baxılıb: 278
“ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Fransa, İtaliya və Avstriyada 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin Yalova şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Yalova Universitetinin Türk Dünyası Klubu ilə əməkdaşlıq çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş panel müzakirəsi və foto-sərgi keçirilib. Tədbir zamanı Türkiyədə təhsil alan azərbaycanlı gənclərlə 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunduğundan danışılıb. O cümlədən, vurğulanıb ki, hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq açıq şəkildə sovet rəhbərliyini günahlandırdı, Azərbaycan xalqına qarşı həyata keçirilən terroru ifşa etdi. Bu qətiyyətli addım, eyni zamanda, faciəyə verilən ilk siyasi qiymət idi. Daha sonra isə iştirakçılar Qanlı Yanvar hadisələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Avstriyanın Vyana şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Avstriya Respublikası və Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli qeyd edib ki, üzərindən neçə il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 8 noyabr tarixində torpaqlarımızın hərbi işğalına son qoyması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Eləcə də Avstriyada təhsil alan azərbaycanlı gənclərlə faciənin tarixi əhəmiyyəti, beynəlxalq hüquq kontekstində qiymətləndirilməsi barədə müzakirələr aparılıb.
20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir Fransanın Paris şəhərində keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet hərbi birləşmələrinin Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz və qətliamdan danışıb. O bildirib ki, Azərbaycan tarixinin faciəvi, eyni zamanda, şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin xalqımızın müstəqilliyə nail olmaq əzmini daha da gücləndirib. Daha sonra Fransada yaşayan azərbaycanlı gənclərlə 20 Yanvar hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi və tarixi həqiqətlərin təbliği məsələləri müzakirə olunub.

скачать dle 10.6фильмы бесплатно

278

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.