• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

21-01-2026, 21:00 | Baxılıb: 211
“Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri – İslam Ali Şurasının sədri Usamə əl-Əzhəri ilə görüşüb.

Diaspor.info xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

İkitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib, beynəlxalq platformalarda qarşılıqlı dəstək və birgə təşəbbüslərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini etiqad azadlığının təmin edildiyini, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Usamə əl-Əzhəri də öz növbəsində Misirdə dini sahədə aparılan islahatlar, əl-Əzhər Universitetinin İslamın sülh, həmrəylik və humanizm dəyərlərinin dünyada təbliği istiqamətində gördüyü işlər haqqında danışıb. O, ölkəsinin Azərbaycanla dini sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, alimlərin, din xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi, dini maarifləndirmə layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.