• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

22-01-2026, 17:00 | Baxılıb: 292
“Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”, “elalmelarby”, “alharir”, “alekhbarya” və digər xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verilib. Bildirilib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən cinayətdir.
Seymur Nəsirov misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilən bu qırğın barədə geniş yazıldığını da diqqətə çatdırıb. Müəllif kitabda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılara qəddarcasına divan tutulduğunu bildirib, Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını vurğulayıb.
Soydaşımız, eyni zamanda 20 Yanvar hadisələri ilə 1919-cu ildə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə arasında paralellər aparıb, səbəblərinin oxşar olduğunu qeyd edib.  
Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələri, o cümlədən Misir ictimaiyyəti Azərbaycan xalqının yanında olub. 1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavir əl-Demerdaş əl-Okali Sovet İttifaqına Misir parlamentinin etirazını göndərib. Xalqımızın bu həmrəyliyi heç bir zaman unutmadığı vurğulanıb.
Həmçinin 20 Yanvar hadisəsindən 36 il keçməsinə baxmayaraq, dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməli addımlar atmaması diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

[media=https://wwnewss.com/الذكرى-36-للأحداث-المأساوية-في-يناير-الأ/%20https://elalmelarby.com/?p=60529%20https://alharir.info/121585-2/%20https://alekhbarya.net/archives/347947%20https://eltashira.com/archives/105034%20https://beladona1.blogspot.com/2026/01/36.html%20https://www.agnaden.net/?p=55952 ]скачать dle 10.6фильмы бесплатно

292

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.