• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

22-01-2026, 20:00 | Baxılıb: 212
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

Yanvarın 22-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Müşavirədə çıxış edən Baş prokuror bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün keçirildiyi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi beynəlxalq hüququn effektivliyinə və qlobal idarəetmə mexanizmlərinə etibarın sarsıldığı bir vaxtda Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq dövlət quruculuğu fəlsəfəsinin ən ali və ülvi niyyəti kimi qəbul edilmiş, humanizm dəyərləri ilə zəngin olan Konstitusiyamızın və onun əsasında formalaşan milli qanunvericiliyimizin beynəlxalq hüququn ən mütərəqqi prinsipləri və fundamental insan hüquqları ilə mükəmməl bir vəhdət halında tətbiqinin formasıdır.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və diqqəti, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Həmin proses ölkəmizin həm daxili resurslara əsaslanan inkişaf modelinə sadiqliyini, həm də suverenliyini möhkəmləndirməkdə qətiyyətli olduğunu nümayiş etdirir. 2026-cı ildə bərpa və quruculuq işləri artıq keyfiyyətcə yeni, daha genişmiqyaslı mərhələyə keçib.

Ötən ilin dövlətimiz və Azərbaycan xalqı üçün bir sıra mühüm, eyni zamanda, əlamətdar siyasi hadisələrlə yadda qalmasını xatırladan Baş prokuror 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, həmin uğurun ölkəmizin və xalqımızın gələcək təhlükəsizliyinə hesablanmasını, bununla da uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini, eyni zamanda, müqavilənin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlərin daim diqqətdə saxlanıldığı, bu sahədə müntəzəm olaraq hüquqi-institusional və normativ-hüquqi tədbirlərin həyata keçirildiyi, müasir qloballaşma şəraitində transmilli mütəşəkkil cinayətkarlığın artan tendensiyaları və potensial təhlükələrin aktuallığı fonunda, hesabat dövrü ərzində beynəlxalq tərəfdaşlar və təşkilatlarla əməkdaşlığın dərinləşdirildiyi vurğulanıb. Eləcə də mövcud kommunikasiya platformalarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirildiyi qeyd olunub. Ötən il mayın 19-dan 23-dək BMT-nin 128 ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış 237 qurumunu və müşahidəçi statusa malik 18 beynəlxalq təsisatı bir araya gətirən Qlobal Əməliyyat Şəbəkəsinin Altıncı Plenar İclasının və İdarəetmə Komitəsinin Onuncu İclasının paytaxt Bakıda yüksək peşəkarlıqla keçirilməsinin cinayətkarlığa və onun korrupsiya təzahürünə qarşı mübarizə sahəsində ölkəmizin beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi, zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi əhəmiyyət verilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində zəruri işlərin görülməsi, əməkdaşların müvafiq sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq tapşırıq və tövsiyələrini verib.скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.