• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BDYPİ: Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub, 12 nəfər ölüb

23-01-2026, 09:30 | Baxılıb: 193
“BDYPİ: Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub, 12 nəfər ölüb

2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Diaspor.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qeyd olunub ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

”Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.

Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələri ilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin və nəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucu konstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər bir yanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir.

Xüsusilə qeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyi hallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yol hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet və moped sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəli manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırır”, - deyə idarədən bildirilib.скачать dle 10.6фильмы бесплатно


193

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.