• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq

30-01-2026, 14:00 | Baxılıb: 196
“Bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq

Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunan “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli plenum qərarı qüvvədən düşüb.

Ali Məhkəmədən Diaspor.info-ya bildiriblər ki, əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunub: Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.

Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.

İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.

İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilib, hüquqi şəxslər və fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyaya aid ediliblər.

İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır.

Fiziki şəxslər işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə həm mənəvi, həm də maddi zərərin kompensasiyasını tələb edə bildikləri halda, hüquqi şəxslər mənəvi zərər tələb edə bilməzlər. Onların işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilər.

Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.

Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır.

İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır.

Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər.Yayılma məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.

Plenum qərarında yayılmanın audio-videoyazı və yaxud canlı yayım vasitəsilə baş verməsindən asılı olaraq media subyektlərinin məsuliyyəti də fərqləndirilib: yayılma audio-videoyazı yolu ilə edilibsə, birmənalı olaraq media subyekti məsuliyyət daşıyır.

“Media haqqında” Qanunun 77-ci maddəsinə əsasən, yayılma canlı efirdə baş verdikdə media subyektinin məsuliyyəti istisna edilir. Bu normada canlı efir dedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.

Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa, artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanı məsuliyyət daşıyacaq. Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız o halda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etsin.subyektlərinin üzərinə üzr istəmək vəzifəsi qoyula bilər. Bu zaman nəzərə alınmalıdır ki, bu halda iddiaya cavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımı və s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) media redaksiyaları deyil, media subyektinin özü çıxış edir. Belə iddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi media subyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzr subyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq media redaksiyasının adından verilməlidir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunla isə bu orqanların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istənilə bilər.скачать dle 10.6фильмы бесплатно


196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.