• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?

31-01-2026, 16:00 | Baxılıb: 914
“AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?


Aldadılaraq Mediasiyada sənədlərə imza atdıran iş adamı Rüfət Bədirovun keçmiş həyat yoldaşı Fidan Həsənova cəmi bir həftə sonra aldandığını anlayaraq bütün məhkəmələrə müraciət etməsinə baxmayaraq, həmin arayış əsas kimi götürülür. Bu hansı qanunla tənzimlənir?, axı bu xanım aldanıldığını deyir, bəlkə elə güc, qorxu altında imza edib, bu gün anlaqlı vəziyyətdə hər şeyi olduğu kimi danışır, yenə də ona qulaq asan yoxdur, bəs kimə qulaq asırlar, PULA?

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?
ÜMİD EDİRİK ALİ MƏHKƏMƏNİN BU İŞƏ BAXAN HAKİMLƏRİ SƏDR ZAUR ƏLİYEV, TƏRKİB ÜZVLƏRİ VÜSALƏ BAXIŞOVA VƏ ZƏKİ BABAYEV FİDAN HƏSƏNOVANIN QARŞILAŞDIĞI HAQSIZLIĞA SON QOYARAQ, ƏDALƏTİ BƏRPA EDƏCƏKLƏR!

Azərbaycanda bir neçə instansiyadan keçərək məhkəmələri öz xeyrinə qərar çıxarmağa nail olan iş adamı Rüfət Bədirovun məcaraları niyə bitmir?! Google-yə Rüfət Bədirov sözünü yazan kimi musavat qəzetinin internet səhifəsindən maraqlı bir məqaləyə rast gəldik. Orada yazılır ki, iş adamı öz köməkçisi Fatimə xanımdan şikayətçidir və Fatimə xanım da öz növbəsində Rüfət Bədirov haqqında bildiyi bütün əyri işlərin üstünü açıb. Ən azından vergidən yayınması və ümumiyyətlə cavan bir oğlanın qıssa müddətdə hansı yollarla milyoner olmasını araşdırmaq isə hüquq-mühafizə orqanlarının işidir. Dövlətin iqtisadi cəhətdən onurğa sütunu olan vergidən gizlətdiyi pulların hesabını kimsə soruşmalıdır, ya yox?! Düşünürəm ki, Azərbaycanın hüquqi bir dövlət olduğunu belə iş adamlarına hiss etdirmək lazımdır ki, məhkəmələrə də təsir edə bilməsin.
Sosial şəbəkə və internet mediada qarşımıza belə yazılar daha çox çıxır.
AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?
“Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlər və restoranların sahibi Rüfət Bədirov 5 yaşlı oğlunu keçmiş həyat yoldaşından hansı yollarla almağa çalışır və buna qismən nail də olur?!
Rüfət Bədirovun kim olduğunu köməkçisi Fatimə xanım yaxşı izah edib, bəs gəlin görək Fidan Həsənova kimdir?
Fidan Həsənova — peşəkar rəssamdır, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. O, yaradıcılıq fəaliyyəti çərçivəsində Azərbaycanı bir çox xarici ölkələrdə təmsil etmiş, müxtəlif beynəlxalq sərgi və layihələrdə iştirak etmişdir.
Onun əsərləri geniş auditoriya tərəfindən maraqla qarşılanmış, yaradıcılığı, mədəniyyət və incəsənət sahəsinin tanınmış nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Fidan Həsənovanın sənətinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qızları — Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva tərəfindən də müsbət münasibət bildirilmiş, əsərləri yüksək dəyərləndirilmişdir.
Hazırda Fidan Həsənova Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alır, II-ci kurs tələbəsidir. O, eyni zamanda azyaşlı övladını sevgi və məsuliyyətlə böyüdən bir anadır.

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?
Qarşılaşdığı çətinliklərə baxmayaraq, Fidan Həsənova qanunlara hörmət edən, hüquqlarını yalnız hüquqi müstəvidə müdafiə edən və məsələnin obyektiv araşdırılmasını istəyən bir vətəndaşdır. Onun məqsədi diqqət mərkəzinə düşmək deyil, ədalətin bərpasıdır.
İndi gəlin görək Fatimə xanım Rüfət Bədirov haqqında hüquq-mühafizə orqanlarını da maraqlandıracaq nələri deyib:-
“2019-cu ildən Rüfətlə işləyirəm. İşi mənə o təklif etdi, “sağ əli” olacağımı dedi. Yeni evləndiyi üçün uşağı olduğundan ailəsinə vaxt ayıracağını dedi. Bütün bizneslə mənim məşğul olacağımı bildirdi. Həmin vaxt Rüfətin 7 salonu var idi. Rüfətin yanından çıxanda ona 14 salon, 9 quru təmizləmə, bir restoran və iki inşaat mağazası təhvil verdim. Onların hamısının idarə edilməsi, təmiri, işlədilməsinə mən nəzarət edirdim”.
AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?
Fatimə bildirib ki, bu hadisələrdən bir il əvvəl Rüfət Bədirovun külli miqdarda vergi borcu yaranıb: “Rüfətin vergidə problemi var idi. İndiyə kimi də vergidən yayınır. Vergidən yoxlama gələrək bütün filiallara 70 min manata yaxın cərimə yazmışdılar. Sadəcə mənim olduğum filiala cərimə yazılmamışdı. Bundan sonra Rüfət cərimə yazıldığını, vəziyyətin pis və pulun az olduğunu bildirdi. Həmin vaxtı Rüfət elektrik mallarının satışı mağazası açdı. Mağaza hazır olduqdan sonra Rüfət həmin mağazanın da fəaliyyətini dayandıracağını və restoran açacağını dedi. Onunla işlədiyim zaman mənə aylıq qazancdan faiz verirdi. Pulunun olmadığını faizimi dayandırdığını bildirdi. Razılaşdım ki, işlər düzəldikdən sonra faizimi verər. Həm maaş alır, həm də 10 faiz alırdım. 2500 manat maaş alırdım. Faizi verməyəndə maaşımı artırmasını istədim. Rüfət dedi ki, 2 obyekt açılmalıdır, onları da açandan sonra maaşımı qaldıracaq. 4000 manat və 500 manat da əlavə yol pulu verəcəyini dedi. Səhər 8-dən gecə 3-ə kimi istirahətsiz işləyirdim. Uzun müddət keçsə də maaşımı artırmadı. Amma Rüfət həmin vaxt xarici ölkələrə gedir, avtomobil və torpaq almışdı. Aldıqlarını da gizlədirdi. Sonuncu dəfə Rüfətlə danışıb maddi vəziyyətimin yaxşı olmadığını dedim. O da gələn aydan maaşı qaldıracağını dedi. Həmin ay 4000 manat maaşımı kassaya gedib özüm götürdüm. Mübahisə də bundan sonra başladı. Mənə dedi ki, niyə öz başına maaş götürmüşəm? Dedim ki, sən demişdin. Mübahisə eləməyə başladı. Sonra işdən ayrılmağımı istədi. Mən də dedim ki, öz ustalarımı da özümlə aparacam. Rüfət dedi ki, sənin başına oyun açaram. Bir müddət sonra məni prokurorluğa çağırdılar”
Belə çıxır ki, bu adam bütün xanımlarla güc diliylə danışır?!


Diaspor.info saytının əldə etdiyi məlumata görə, tərəflər boşanmaq üçün məhkəməyə müraciət edib. Artıq boşanmaq prosesi yekunlaşıb. Lakin digər məhkəmə müstəvisində bir sıra müəmmalı məqamlar narazılığa səbəb olub. Belə ki, heç bir əsas göstərilmədən və hüquqi əsaslandırma aparılmadan, Fidan Həsənovanın Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunaraq, 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində ananı aldadaraq azyaşlı övladını atasına vermə barədə razılaşma imzalanıb. (Hansı ki, burada dönə-dönə “Uşaq sizdə deyil atada qalacaq, razısızmı?” sualı verilməliydi.)
Bu nüansları əsas götürən məhkəmə də uşağın atanın yanında saxlanması barədə qərar qəbul edib. Birinci instansiya prosesi Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə, apellyasiya mərhələsi isə hakim Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilib. Hər iki instansiyada uşaq atasında qalıb.
Ana Fidan Həsənova məhkəmə proseslərinin qərarlarından narazı qalıb və Ali məhkəməyə müraciət edib. İşin maraqlı tərəfi bundan ibarətdir ki, uşaq ataya verilsə də, sazişdə hər ay anaya 10 min manat aliment ödənilməsi nəzərdə tutulur. Belə məqamda sual yaranır. Əgər uşaq atadadırsa, aliment nəyə və hansı əsasla anaya ödənilir? Buradan belə nəticəyə gəlmək olur ki, adıçəkilən barışıq sazişi Fidan Həsənovanın aldadılması ilə bağlı tərtib olunmuş bir sənəd olub. Bu kimi ziddiyyətli məqamlar məhkəmələr tərəfindən nəzərə alınmadan "Face Holding"in rəhbəri Rüfət Bədirovun xeyrinə çıxarılıb. Hazırda iş Ali məhkəmədədir. Ali məhkəmənin qərarı maraqla gözlənir.
AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN SENSASİON QƏRAR-5 YAŞLI UŞAQ ANADAN ALINARAQ ATAYA HANSI ƏSASLA VERİLƏ BİLƏR?
Bu məqaləni hazırlayarkən Azərbaycanın məşhur bir filmi “O olmasın, bu olsun” filmində Rüstəm bəyin nə səbəbə cavan qızını Məşədi İbada verməsini izah edən Həsən bəyin dedikləri yadıma düşdü:-Rüstəm bəy öz qızını Məşədi İbada nəyə görə verir?, o cavandır, xeyir, gözəldir?, xeyir, mən ərz elədim ki, Məşədi aranqutan meymununa oxşayır, bəs onda nədir, pul?, xeyir-xeyir, Rüstəm bəy pulgir adam deyildir, bəs onda səbəb nədir?, baxın biz burda şərab içirik, Məşədi isə çay içir, yəni Məşədi əsil müsəlmandır, demək ki, Rüstəm bəy öz cavan qızını məhz bu səbəbə Məşədiyə ərə verir.
Bu səhnədən görünür ki, Dahi Üzeyir bəy əsl səbəbin nə olduğunu,yəni “Pulun” olmasını çox incəliklə tamaşaçıya çatdıra bilib.
Bu məhkəmə qərarları da həmin filmdəki səhnələri xatırladır. Görəsən məhkəmə Fidan Həsənovadan azyaşlı övladının ataya verilməsinə nə səbəb göstərir?-Fidan xanım kasıbdır, pulu yoxdur, yaxud yaşlıdır, əli-ayağı iş tutmur?, xeyir O Azərbaycanın ən məşhur rəssamlarından biridir, həm cavandır, həm də yetərincə pul qazana bilən bir xanımdır. Bəlkə həyat yoldaşı Rüfət Bədirov Fidan xanımdan daha evdardır, bu da inandırıcı deyildir, bəs onda əsil səbəb nədir? Pul, xeyir-xeyir, Azərbaycan məhkəmələrindən rüşvət yoxdur, bəs görəsən hansı səbəbə görə azyaşlı uşağı məhkəmə qərarıyla həftədə altı gün atada qalmasına və altı saat da anaya verilməsinə qərar verilib?
Allah sənə Rəhmət eləsin Dahi Üzeyir bəy, sağ olsaydın buna da bir felyeton yazardın.
Ps:-yaxşı yadımdadır Zaqatalada bir cavan xanımın iki övladını əlindən almaq istəyirdilər, keçmiş həyat yoldaşı gecə barlarının birində eks həyat yoldaşının kişiylə səmimi söhbətini və öpüş səhnəsini lentə almışdı. Prokuror eks kişi həyat yoldaşına belə bir sual verdi, təxminən altı aydır siz bir yerdə yaşamırsınız, boşanmısınız, bu da cavan xanımdır, onun həyatında kişi ola bilməz?! Və sonda rayon icra hakimiyyətinin də dəstəyi ilə azyaşlı uşaqlar anada saxlanıldı!
Bu işdə isə heç bu barədə şübhəyə yer qalmır, çünki Fidan xanım tanınmış biridir, ona ləkə atsaydılar özlərini də biabır edə bilərdilər. Odur ki, bu qərarın verilməsinə heç bir səbəb yoxdur!

Əlmaniz Ələkbərli
Baş redaktor.

Diaspor.info-nun əldə etdiyi digər məlumata görə, Fidan Həsənova tanınmış rəssamlardan biridir. Onun həm Azərbaycanda, həm də ölkə xaricində bir çox rəsm sərgiləri təşkil olunub. Həmin sərgilərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da yaxından iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно


914

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.