• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

22-04-2026, 11:30 | Baxılıb: 82
“Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

Hər il aprelin 22-də qlobal bir bayram - Beynəlxalq Yer kürəsi Günü qeyd olunur.

Diaspor.info xəbər verir ki, həmin bayram 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 63-cü sessiyasında BMT-yə üzv olan 50-dən çox dövlətin birgə təşəbbüsü ilə A/RES/63/278 qətnaməsi ilə təsis edilib və 2010-cu ildən bəri hər il aprelin 22-də qeyd olunur.

Yer kürəsi Gününü aprelin 22-də qeyd etmək ənənəsi 1970-ci ildə ABŞ-da yaranıb və 1990-cı ildə beynəlxalq tədbirə çevrilib. Hər il bu gün müəyyən bir mövzuya həsr olunur. Bu il təqvim günü “Bizim gücümüz, bizim planetimiz” mövzusu ilə qeyd edilir. Həmin mövzu bərpaolunan enerjiyə keçidin sürətləndirilməsini və 2030-cu ilə qədər təmiz elektrik enerjisi istehsalını üçqat artırmaq üçün qlobal kollektiv fəaliyyətin təşviq edilməsini ön plana çəkir.

Təqvim günü Şimal yarımkürəsində yazda, Cənub yarımkürəsində isə payızda qeyd olunur. Həmin qlobal tədbirin əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin və ətraf mühitin problemlərinə cəlb etmək və bəşəriyyətin planetin qorunmasında üzləşdiyi çətinliklər haqqında məlumat əldə etməkdir.

Yer kürəsinin təxminən 4,5 milyard yaşı olduğu təxmin edilir. Əgər Yer kürəsinin ekvatoru boyunca gəzsəydiniz, təxminən 40.010 kilometr yol qət edərdiniz. Səthdən mərkəzə olan məsafə 6 min 378 kilometrdir. Litosfer cəmi 70 kilometrlik bir təbəqə əmələ gətirir, dərinliklərə doğru irəlilədikcə yarı maye və maye halları müşahidə edilir.

Kaliforniyadakı Ölüm Vadisi və Liviyada Əl-Əziziyyə adlı yer planetin ən isti məntəqələri üzrə rekorda malikdir. Əl-Əziziyyənin rekordu 57,8 dərəcə Selsi (1922-ci il sentyabrın 13-də), Ölüm Vadisinin rekordu isə 55,8 dərəcə Selsi (1913-cü il iyulun 10-da) təşkil edir.

Antarktida Yer kürəsinin ən soyuq yeri kimi tanınır. 1983-cü il iyulun 21-də Antarktidadakı Vostok Tədqiqat Stansiyasında -89 dərəcə Selsi temperatur qeydə alınıb.

Yer kürəsində minerallar inanılmaz dərəcədə zəngindir. Alimlər təxminən 4 min mineral növünü təsnif ediblər ki, bunlardan təxminən 200-ü praktik əhəmiyyət kəsb edir. Hər il 50-100 yeni mineral növü kəşf edilir.

Yer kürəsinin bir təbii peyki var — adi gözlə görünən Ay.

Hazırda təbiət əziyyət çəkir. Hər il planet 10 milyon hektar meşə sahəsini itirir və təxminən bir milyon heyvan və bitki növü artıq məhv olmaq təhlükəsi ilə üzləşir. Plastik çirklənmə okeanın turşulaşmasına səbəb olur. İqlim dəyişikliyi, təbiətdə insan tərəfindən törədilən dəyişikliklər, meşələrin qırılması, yanğınlar, torpaq istifadəsinin dəyişdirilməsi, intensiv əkinçilik və heyvandarlıq, brakonyerlik kimi biomüxtəlifliyi pozan qəbuledilməz hərəkətlər planetin məhvini sürətləndirir.Ekosistemlər Yer kürəsindəki bütün həyatı dəstəkləyir. Ekosistemlərimiz nə qədər sağlam olarsa, planet və onun sakinləri bir o qədər sağlam olar. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğun aradan qaldırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer kürəsi Günü bizə hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırlatmaq məqsədi daşıyır.

Yer kürəsi Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə bizim böyük ümumi evimizə minnətdarlığını bildirmək imkanı verir.

Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masa ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.скачать dle 10.6фильмы бесплатно


82

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.