• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

28-04-2026, 18:30 | Baxılıb: 163
“Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Polşa Respublikasının müftisi, Polşa Respublikasında Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomas Mişkeviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında sıx əlaqələr və Polşadakı Azərbaycan icmasının fəaliyyətilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qonağı səmimi salamlayan komitə sədri Azərbaycanla Polşa arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dini icmalar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar sivilizasiyaların qovşağı olan ölkəmizdə harmoniya içərisində yaşayır.
Görüş zamanı Komitənin layihə və proqramlarından danışılıb, o cümlədən 44 ölkəni əhatə edən 17 Koordinasiya Şurasının dünya azərbaycanlılarının fəaliyyətini əlaqələndirməsi diqqətə çatdırılıb. 20 ölkədəki 32 Azərbaycan Evinin ardıcıl və məqsədyönlü işləri barədə müfəssəl məlumat verilib, onların soydaşlarımızın sosial, mədəni və iqtisadi həyatlarına necə dəstək verdiyi xatırladılıb. Azərbaycan Evlərinin ikisinin Polşanın Varşava və Krakov şəhərlərində yerləşdiyi və həmin evlərin diaspor quruculuğunun mühüm istiqamətlərini təşkil etdiyi qeyd olunub.
Söhbət zamanı Avropada soydaşlarımızın ən çox yaşadığı ölkənin Almaniyadan sonra Polşada olduğu vurğulanıb. Polşadakı Azərbaycan icmasının fəallığı, yerli cəmiyyətə uğurla inteqrasiyası, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı diqqət mərkəzində olub, diaspor fəaliyyətinin davamlılığı üçün ardıcıl və məqsədyönlü iş aparıldığı qeyd edilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Tomas Mişkeviç Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının, onların sosial, mədəni və iqtisadi sahələrdəki aktiv fəaliyyətinin müsbət nəticələrini qeyd edərək, bu prosesin Azərbaycan dövlətinin müdrik siyasətinin göstəricisi olduğunu bildirib. O, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsindəki uğurlarını yüksək qiymətləndirib, ölkəmizin bu sahədə nümunəvi bir model olduğunu ifadə edib.
Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən diaspor sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük potensial olduğunu vurğulayıb, təmsil etdiyi ölkədə Azərbaycan icmasının inkişafından məmnunluq ifadə edib.
Görüşdə Polşa müftisi Tomas Mişkeviçə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. Qonaq bu mükafatı Azərbaycan dövlətinin ona göstərdiyi böyük etimadın təzahürü kimi dəyərləndirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb. Hər iki tərəf gələcəkdə əməkdaşlıq sahələrini genişləndirmək və dərinləşdirmək niyyətlərini ifadə edib. Görüş Azərbaycan və Polşa arasındakı əlaqələrin, xüsusilə diaspor fəaliyyəti sahəsində münasibətlərin daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.скачать dle 10.6фильмы бесплатно


163

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.