• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

1-05-2026, 10:30 | Baxılıb: 168
“Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.
Diaspor.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu il 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Ə.İsmayılov qeyd edib ki, MEDİA və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub:

"Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək".

İcraçı direktorun sözlərinə görə, Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə söykənir:

"2024-cü ildə uğurla ev sahibliyi etdiyimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda, qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olublar.

COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq".скачать dle 10.6фильмы бесплатно


168

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.