• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

4-05-2026, 19:00 | Baxılıb: 180
“Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

Diaspor info xəbər verir ki, mayın 4-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda “Zəngəzur yolu:tarixin izi ilə” mövzusunda konfrans keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak ediblər.

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanda azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ceyhun Cəlilov bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olub. Bu ənənə əsrlər boyu formalaşaraq dövlət siyasəti səviyyəsində qorunub və inkişaf etdirilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dini-mənəvi dəyərlərə münasibət yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir.

Ceyhun Cəlilov vurğulayıb ki, müasir dövrdə Azərbaycan yalnız tolerantlıq mühiti ilə seçilən ölkə deyil, eyni zamanda bu modeli beynəlxalq səviyyədə təşviq edən mərkəzə çevrilib. Multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunub, bu sahədə mühüm təşəbbüslər irəli sürülüb. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, dinlərarası dialoq platformaları və humanitar tədbirlər Azərbaycanın bu istiqamətdə qlobal rolunu daha da möhkəmləndirib. Konfrans çərçivəsində aparılacaq müzakirələrin Zəngəzur dəhlizinin tarixi, mədəni və strateji əhəmiyyətinin daha dərindən öyrənilməsinə, mənəvi dəyərlərin qorunması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsinə, eləcə də dini həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən Səlahiyyətli nümayəndə tədbirin işinə uğurlar arzulayıb.



Daha sonra çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zəngəzur dəhlizini ayrılmış bağların bərpasını, keçmişlə gələcəyin qovuşmasını ifadə edən unikal xəritə kimi dəyərləndirib. O bildirib ki, bu xəritədə tarixi yaddaşımızın bir hissəsi və gələcəyə sonsuz ümidlərimizin ifadəsi əks olunur.Ramin Məmmədov qeyd edib ki, qloballaşma və sürətli informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması, onların mahiyyətinin qorunması getdikcə daha da aktuallaşır.

Müxtəlif ideoloji təsirlərin və dəyərlər sistemlərinin toqquşduğu bir şəraitdə mənəvi kimliyin qorunması ideoloji təhlükəsizlik, mənəvi dayanıqlıq və milli özünüdərk məsələsinə çevrilib.

Bildirilib ki, ortaq və ümummilli dəyərlər ətrafında birləşmək cəmiyyətləri parçalanmadan qoruyan, onları yad və zərərli təsirlər qarşısında daha dayanıqlı edən əsas amillərdəndir. Türkiyə və Gürcüstandan olan din xadimlərinin tədbirdə iştirakı da mənəvi dəyərlərin qorunmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən əməkdaşlıq niyyətinin göstəricisi kimi qiymətləndirilib.

Ramin Məmmədov vurğulayıb ki, Zəngəzur yolu ideoloji və mənəvi inteqrasiyanın mühüm aləti kimi dəyərləndirilməlidir. Bu yol xalqlar arasında ünsiyyəti intensivləşdirəcək, ortaq dəyərlərin daha geniş coğrafiyada möhkəmlənməsinə, milli-dini kimliklərin sağlam əsaslar üzərində qorunmasına imkan yaradacaq.

Qeyd olunub ki, “Zəngəzur yolu” yalnız bir layihə deyil — yaddaşımızın davamı, kimliyimizin ifadəsi və region tarixində yeni mərhələnin başlanğıcıdır. Yeni reallıqlar və imkanlar fonunda qarşıda duran əsas vəzifənin mövcud dəyərləri qorumaqla yanaşı, onları inkişaf etdirmək olduğu bildirilib.

Din xadimlərinin missiyasının zərərli ideoloji təsirlərə qarşı maarifləndirici mövqenin gücləndirilməsi, sağlam düşüncə tərzinin formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Sonda konfrans iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Tədbir “Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə” və “Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar” mövzularında müzakirələrlə davam edib.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.