• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş

20-05-2026, 15:00 | Baxılıb: 162
“Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş

Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-nin Kaliforniya ştatının Silikon Vadisində fəaliyyət göstərən azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüşüblər. Əsas məqsəd xaricdə yaşayan yüksək ixtisaslı soydaşlarımızla əlaqələrin gücləndirilməsi, informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan diasporunun intellektual potensialının bir araya gətirilməsi olub.
Komitə əməkdaşları əvvəlcə “Google” şirkətində çalışan soydaşımız Aynur Ağayevanın müşayiəti ilə şirkətin fəaliyyət prinsipləri, innovativ iş metodları və texnoloji imkanları barədə geniş məlumat əldə ediblər. Ardınca tibbi robottexnologiyalar sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Intuitive Surgical”ın əməkdaşı Amy Khagan şirkətin tətbiq etdiyi innovativ cərrahi texnologiyalar və robot sistemləri ilə bağlı komitə əməkdaşlarını məlumatlandırıb.
Daha sonra azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Silikon Vadisində fəaliyyət göstərən yüksək ixtisaslı soydaşlarımız Azərbaycanın inkişafı və innovasiya sahəsində irəliləyişləri üçün əvəzsiz resursdur. Onların bilik və təcrübəsi əsasında qurulacaq əməkdaşlıq yeni texnoloji layihələrin reallaşmasına və diasporumuzun birgə potensialının güclənməsinə zəmin yaradacaq.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov soydaşlarımızın peşəkar potensialından səmərəli istifadə olunmasının əhəmiyyətinə diqqət çəkib. Xaricdə yaşayan azərbaycanlıların birgə əməkdaşlıq və şəbəkələşmə imkanlarının vacibliyindən danışıb.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Nurlan Şükürlü isə Silikon Vadisində çalışan azərbaycanlı İT mütəxəssisləri ilə əlaqələrin qurulması və onların şəbəkələşməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüşdə, həmçinin ABŞ-də fəaliyyət göstərən azərbaycanlı informasiya texnologiyaları mütəxəssislərinin iştirakı ilə ABŞ-Azərbaycan İnformasiya Texnologiyaları Mütəxəssisləri Forumunun keçirilməsi məsələsi müzakirə olunub. Forumun fəaliyyət mexanizmləri, məqsədləri və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda forumun təşkili ilə bağlı ilkin işçi qrupunun yaradılması qərara alınıb.

Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
Silikon Vadisindəki azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş
скачать dle 10.6фильмы бесплатно

162

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.