• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə akademik mübadilə genişlənir

22-05-2026, 12:00 | Baxılıb: 186
“Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir

Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə
akademik mübadilə genişlənir

Qırğızıstanlı müəllim və tələbələrin bioetikaya dair akademik mübadilə proqramı uğurla yekunlaşıbAzərbaycan və Qırğızıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq yeni mərhələdə innovativ təşəbbüslərlə davam etdirilir.
İki qardaş ölkənin elmi potensialının birləşdirilməsi istiqamətində növbəti addım olaraq, İsa Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının müəllim və III-IV kurs tələbələrindən ibarət 10 nəfərlik nümayəndə heyəti akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində olublar.
Səfərin məqsədi qırğızıstanlı mütəxəssislərin tibbi bioetika fənni üzrə müasir metodoloji yanaşmaları mənimsəməsi, Azərbaycan təcrübəsinin öyrənilməsi və nəzəri biliklərin praktik müstəvidə təkmilləşdirilməsi olub. Bu məqsədlə nümayəndə heyəti universitetin kafedralarında intensiv akademik mübadilə prosesinə cəlb ediliblər.
Proqramın ilk günü ATU-nun II Uşaq Xəstəlikləri Kafedrasının müdiri, professor Nailə Sultanova, I Daxili Xəstəliklər Kafedrasının dosenti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə qırğızıstanlı müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Sonra Təranə Tağı-zadənin rəhbərliyi ilə bioetikanın prinsipləri və müasir pediatriyada etik yanaşmaları əhatə edən geniş kurs təşkil olunub. Kurs çərçivəsində mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra tədris proqramı 2 saylı Klinik Uşaq Xəstəxanasında klinik şəraitdə etik normaların tətbiqinə dair ustad dərsləri və mühazirələrin dinlənilməsi ilə davam edib. Həmçinin reanimasiya və intensiv terapiya bölmələrində xəstələrin idarə olunması prosesi ilə yaxından tanış olan heyət, həkim-pasiyent münasibətlərini praktik izləyiblər.Növbəti gün qırğızıstanlı nümyəndə heyəti bioetikaya dair interaktiv mühazirələrdə iştirak ediblər, azərbaycanlı həmkarlarının təcrübələrini öyrəniblər.
Səfər çərçivəsində nümayəndə heyəti ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Konfrans çərçivəsində təşkil olunan innovativ startap müsabiqəsində qırğızıstanlı gənclərin təqdim etdiyi onkoloji xəstələrin reabilitasiya dövründə qidalanma proqramı haqqında layihə böyük maraq doğuraraq ikinci yerə layiq görülüb.
Qırğızıstanlı mütəxəssislər, həmçinin Azərbaycan - Türkiyə Allerqoloq və İmmunoloqlarının III Beynəlxalq Konfransında və Baku Medical Plazanın Qastroenterologiya Mərkəzinin 5-ci Bakı Endoskopik Forumunda iştirak edərək, azərbaycanlı həkimlərin ən son nailiyyətlərini və təcrübələrini mənimsəyiblər. Həmçinin 3 əməliyyat prosesini onlayn izləyiblər.
Akademik mübadilə zamanı tibb üzrə fəlsəfə doktorları, dosentlər - Afaq Axundova, Fəxriyyə Məmmədova, Ülviyyə Hacıyeva və professor Fatimə Seyidbəyovanın iştirakı ilə geniş müzakirələr və interaktiv treninqlər təşkil olunub.
Səfər çərçivəsində qonaqlar ATU-nun V kurs tələbələrinin bələdçiliyi ilə Azərbaycan Təbabəti Muzeyi, ATU-nun Anatomiya muzeyi və laboratoriyaları ilə tanış olublar, müxtəlif kafedralarda dinləmə dərslərinə qatılaraq universitetin tədris mühitini yüksək qiymətləndiriblər.
Səfərlərinin sonuncu günü ATU-da yeni doğulmuşların reanimasiyası üzrə xüsusi treninqi uğurla başa vuran nümayəndə heyəti sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.

Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə  akademik mübadilə genişlənir
скачать dle 10.6фильмы бесплатно


186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.