• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Böyük Britaniyada Azərbaycan icması ilə səmərəli görüş baş tutub

26-05-2026, 13:00 | Baxılıb: 147
“Böyük Britaniyada Azərbaycan icması ilə səmərəli görüş baş tutub

Böyük Britaniyada Azərbaycan icması ilə səmərəli görüş baş tutub
Xaricdə yaşayan soydaşlarımızla mütəmadi görüşlər, konfranslar, forumlar və icma tədbirlər təşkil etmək, onlar arasında qarşılıqlı təcrübə mübadiləsinə və koordinasiyalı fəaliyyətə dəstək göstərmək Azərbaycan dövlətinin diaspor siyasətinin mühüm qollarından biridir.
Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniyaya səfəri çərçivəsində Birləşmiş Krallıqda yaşayan Azərbaycan icması ilə görüşü və Koordinasiya Şurasının toplantısında iştirak etməsi xüsusi əhəmiyyət daşıyır.
28 May Müstəqillik Günü ərəfəsində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının və Britaniya Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə Birləşmiş Krallığın London, Esseks, Lids, Nottinqam, Oksford, Kembric, Bristol, Mançester, Koventri və Braknell, Uelsin Kardiff və Svansi, Şotlandiyanın Edinburq, Qlazqo, Aberdin və Şimali İrlandiyanın Belfast şəhərlərində yaşayan azərbaycanlılar, o cümlədən əslən Cənubi Azərbaycandan olan soydaşlarımız iştirak edib.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxışında görüşün təşkilatçılarına təşəkkür edib, Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığını və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.
Komitə sədri ölkəmizin diaspor siyasətindən danışıb və çıxışında Prezident İlham Əliyevin 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı tarixi nitqindəki bu sözləri xatırladıb: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir”.
Görüş iştirakçılarına dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi, diaspor qurumları arasında koordinasiyanın genişləndirilməsi istiqamətində komitənin gördüyü işlər barədə müfəssəl məlumat verilib.
İcma görüşü interaktiv müzakirə ilə davam edib. İcma üzvləri diaspor fəaliyyətinin daha da gücləndirilməsi, xüsusilə gənclərin bu proseslərdə fəal iştirakının artırılması, Azərbaycanın milli maraqları və haqq səsinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər.
Tədbirdə diaspor fəaliyyətində xüsusi xidmətləri olan soydaşlarımıza dövlət mükafatları təqdim edilib. Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü və “Qarabağ” məktəbinin təsisçisi Fəridə Pənahovaya təltif olunduğu Azərbaycan Respublikasının “Tərəqqi” medalı, London Azərbaycan Evinin rəhbəri Əli Tekin Atalara, Londondakı “Qarabağ” məktəbinin müəllimi, “Acapella Academy”nin təsisçisi və bəstəkar Səadət Fərziyevaya təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Mükafatı Əli Tekin Ataların adından qızı qəbul edib.
Daha sonra Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının toplantısı keçirilib. Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzv təşkilatlarının nümayəndələri - Hafiz Baxşəliyev, Fəridə Pənahova, Nərgiz Morrison, Savaş Mərəndli və Pərvanə Ağazadə Koordinasiya Şurasının fəaliyyəti, həyata keçirilən layihələr və gələcək təşəbbüslərlə bağlı hesabatla çıxış ediblər. Koordinasiya Şurasının fəaliyyətilə bağlı geniş müzakirə aparılıb və yeni koordinatorlar seçilib.
İcma görüşü 28 May - Müstəqillik Gününə həsr olunan bədii hissə ilə davam edib. Londonda fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Rasim Fərziyev, Emiliya Yaqubova, Vüsalə Babayeva və Emin Eminzadə milli və klassik musiqi nümunələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər. Eyni zamanda, “Qarabağ” məktəbinin şagirdlərinin ifaları böyük maraq və alqışlarla qarşılanıb. Gənc musiqiçilər Emin Eminzadə və Vüsalə Babayeva onların yaradıcılığına və həyata keçirdikləri layihələrə göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda, gənc pianoçu Vüsalə Babayevanın Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Üzeyir Hacıbəyli: Musical Legacy on Piano” albomuna daxil edilmiş “Koroğlu” uvertürasına çəkilən klipinin ilk təqdimatı baş tutub.
Səmimi və konstruktiv müzakirələr şəraitində keçən tədbir icma üzvləri arasında əlaqələrin genişlənməsinə, ortaq məqsədlər ətrafında birliyin güclənməsinə və gələcək birgə təşəbbüslər üçün yeni imkanların formalaşmasına şərait yaradıb.

скачать dle 10.6фильмы бесплатно

147

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Magistraturaya ixtisas seçimi başlayıb
Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.