Yeni fərmana görə, bundan sonra yeni vəkillər məhkəmə ekspertiza mərkəzi ilə müqavilə bağlayacaq və vətəndaşın istəyinə uyğun müstəqil şəkildə ekspertiza təşkil olunmasını tələb edə biləcək". Bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, Azərbaycanda fəaliyyət göstərən vəkil korpusunun bu fərmanı alqışladığını bildirib: "Hazırda vəkillər müstəqil olaraq məhkəmə ekspertiza mərkəzinə müraciət etmək hüququna malik deyillər. Tutaq ki, vətəndaş vəkildən ekspertiza təşkil olunmasını istəyir. Lakin vəkil ona bildirir ki, mənim belə bir hüququm yoxdur. Vəkil yalnız məhkəməyə ekspertiza təyin olunması üçün vəsatət verir. Məhkəmənin vəsatəti təmin edib-etməyəcəyi isə sual altındadır. Məhkəmə vəsatəti təmin etməsə, qərardan şikayət etmək də qanunla mümkün deyil". "Amma yeni fərmandan sonra vəkil məhkəmə ekspertiza mərkəzi ilə müqavilə bağlayacaq və vətəndaşın istəyinə uyğun ekspertiza təşkil olunmasını tələb edə biləcək. Beləcə qaranlıq qalan suallara aydınlıq gələcək. Həmin ekspertizanın nəticələri isə sübut kimi vəkil tərəfindən məhkəməyə təqdim olunacaq. Bununla da vəkillik sahəsindəki bu boşluq asanlıqla aradan qaldırılmış olacaq".