Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Könüllülər ili” çərçivəsində “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edib. Komitədən verilən məlumata görə, məqsəd uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşmasıdır.
Məclis üzvləri uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparacaq, onların həlli istiqamətində təkliflər irəli sürəcək.
Komitə məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.
419