Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdüri Soner Tüter ilə görüşmüşdür.
14 yanvar 2020-ci il tarixində Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının dəvəti əsasında iki qardaş ölkənin müvafiq həmkarlar təşkilatları arasında təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın yaradılması məqsədilə Ankaraya səfər səfər proqramı çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovTürkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdürliyində olmuşdur.
Qonaq Bölgə müdüri Soner Tüter tərəfindən qəbul edilmiş, Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdirliyinin fəaliyyəti ilə yaxından tanış etdirilmiş, qurumun maddi texniki bazası nümayiş etdirilmişdir.
Qeyd edək ki, Həmkarlar İttifaqının sədri Mehman İsmayılovAnkara Bölgə müdüri Soner Tüterlə birgə Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdirliyinin bazasında təlimlərdə iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsini ziyarət etmiş, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsini üzvlərinin təlim məşqləri ilə yaxından tanış olunmuş və onlara uğurlar arzulamışdır.
Görüşün sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov vəTürkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə müdiri Soner Tuter rəhbərlik etdikləri qurumun adından bir-birlərinə xatirə hədiyyələri təqdim etmişlər.