İSMAYILLIDA ETSN-NİN “Təbiəti bizimlə birgə tanıyaq" TƏDBİRİ KEÇİRİLİB.
Diaspor info saytının Şimal-Qərb bürosu xəbər verir ki, 08.02.2020 tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi
"Şahdağ Milli Parkı"nın İsmayıllı bölgəsində "Təbiəti bizimlə birgə tanıyaq" devizi altında geniş tanıdıcı və maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə milli parkın əməkdaşları ilə birlikdə rayon ictimaiyyətinin nümayəndələri,məktəblilər, yerli Meşə İdarəsinin əməkdaşları iştirak etmişlər.
Maarifləndirici tədbirdə Milli Parka aid eksponatlar, təbiətə aid əl işləri, meşə meyvələri və dərman bitkiləri nümayiş etdirilmiş və satışı təşkil edilmişdir.
Eyni zamanda 150-yə yaxın tədbir iştirakçısının iştirakı ilə Milli Park ərazisində yerləşən tarixi abidə, qədim Cavanşir qalasına ekotur təşkil edilmişdir.
Təşkil edilmiş ekoturdan qayıdan iştirakçılar Milli Parkın girişində açılmış çay süfrəsinə, isti çaya, meşə meyvələrindən hazırlanmış mürəbbə və
şirniyyatlara qonaq edilmişlər.
Tədbir iştirakçıarı bu işdə zəhməti olanlara uğurlar arzulamış və davamlı gəlsin demişlər.
[medium]http://diaspor.info/uploads/posts/2020-02/1581185815_84466062_207587747095475_2686518506257645568_n.jpg[/medium
[medium]http://diaspor.info/uploads/posts/2020-02/1581185912_85044852_208856306826306_2749178630247546880_n.jpg[/medium]
Diaspor info.
1 229