Bəyaz röya
Məndəki sən dünyasından, günəş şüalarında ruhuma eşq zərrələrini naxış-naxış toxuyarkən sənə yazdığım məktub dolusu qardan ulduz düşüncələrim.
Çölgöyərçinlərindən ilhamlanıb uçmağa çalışan pinqvin ümidlərim.
Əbabil quşu cismim. Qarşında ayaqları üzərində dura bilməyən qələmim.
Sən ey əbədiyyətin incisi, yasəmən qoxulu AYDAN baxışlım. Afrika çöllərindəki adenium çiçəklərinin, Şimali buzlu okean sahillərində yaşayan ağ ayılarının, hətta Ren marallarının belə dilini bilən gözlərinlə danışmaq, kainatın hansısa bir küncündə var olub lakin bizlərin gözlərində bu pərdə ilə görməmizin mümkün olmadığı üç qanatlı mələklərlə söhbətləşməkdən daha gözəl olduğunu düşünür və iddia edirəm.
...Və sən gülümsəyərək balıqlara həyat bəxş et. "Təbəssüm üzündən əksik olduğu zaman, dənizlərin sularını çəkdiyini" eşitmişdim xəzər qağayılarından.
Birdə gülməz üzümüzə,
Bir atımlıq sevişmələr.
Ölüm pusquda ölümsüzlüyə...
Və sən içimdə bir yerlərdə,
Tanrılaşan lavanda gülü.
Bənövşəyi göyüzünün,
Çiyələk tamı buludları altında
Balaca uğur böcəyi...
Ona, baxan sən birdə.
Əli Rüzgar