Zidan "Real Madrid"dən ayrılır
İspaniyanın "Real Madrid" klubu qapıçısı Luka Zidanla yollarını ayıracaq.
DİASPOR.İNFO-nun AS nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi 22 yaşlı qolkiperin müqaviləsini yeniləməyəcək.
L. Zidan ötən mövsümü icarə əsasında "Rasinq"də keçirib. Onunla Fransanın "Monpelye" klubu maraqlanır.
Qeyd edək ki, Luka Zidan baş məşqçi Zinəddin Zidanın oğludur. "Real Madrid" 2019/2020 mövsümündə La Liqanın qalibi olub.
416