Meyxanaçı Namiq Qaraçuxurlu karantin günlərində təqdim olunan işlərdən bəhs edib. Diaspor info-nun məlumatına görə, o, həmin dönəmlərdə işıq üzü görən mahnı və klipləri uğursuz adlandırıb: “Karantin dövrü başlayandan bu günə qədər demək olar işıq üzü görən bütün mahnı və kliplər o qədər də uğurlu olmadı. Fikrimcə, bu, insanların əhvalı ilə əlaqədardır. Bir çox işlərimi sizə təqdim etməməyimin səbəbi budur. İnşallah ab-hava az da olsa düzəlsin, gözləntilər varsa doğruldarıq”.
375