Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə, Abşeron Olimpiya və İdman Kompleksində reallaşan yarışda Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan və İrandan ümumilikdə 307 idmançı iştirak edib.
Muxtar respublikamızı yarışda Naxçıvan Güləş Federasiyasından 1 məşqçi və 7 idmançı təmsil edib. Güləşçilərimizdən 3-ü mükafatçılar sırasına düşüb. Belə ki, Anar Həsənli (42 kq), Toğrul Axundlu (29 kq) və Ələkbər Əsgərli (26 kq) sərbəst güləşdə 3-cü olublar.
200