Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb. “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Diaspor info-ya bildiriblər ki, məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.
Gürcüstana yollanacaq millimizin növbəti təlim-məşq toplanışı qonşu ölkədə baş tutacaq. Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan millisi Bakı İdman Sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbolçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.