• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

23-02-2023, 11:00 | Baxılıb: 252
““Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

“Qarabağ” Avropanın üç böyük klubu “Real”, “Barselona” (hər ikisi İspaniya) və “Yuventus”un (İtaliya) birgə layihəsi olan Avropa Super Liqasında iştirak edə bilər.

Diaspor.info-nun məlumatına görə, bu barədə Opta statistika platforması araşdırmasında bildirib.

Qeyd olunub ki, Avropa Super Liqasının təşkilatçıları qitənin 80 komandasının iştirakı ilə ənənəvi yarış təşkil etməyi planlaşdırır. Həmin klubların bir neçə liqaya bölünmələri və daxili birinciliklərindəki çıxışı davam etdirməklə yanaşı, Super Liqada da mövsüm ərzində minimum 14 oyun keçirmələri nəzərdə tutulub.

Təşkilatçılara seçimin “Opta”nın açıqladığı reytinqə əsasən aparılması və Avropanın ilk 80 pilləsində yer alan klublarının dəvət olunması təklif edilib. Təklif qəbul olunarsa, “Qarabağ” Azərbaycanın turnirdəki yeganə təmsilçisi ola bilər. Çünki Ağdam təmsilçisi “Opta”nın reytinqinə əsasən, hazırda dünyada 69-cu, Avropada isə 68-ci pillədə qərarlaşır. Bu halda MDB məkanından yalnız “Qarabağ”, eyni zamanda, Rusiyanın “Zenit” və Ukraynanın “Şaxtyor” (Donetsk) klubları Super Liqada mübarizə aparmaq imkanına malik olacaqlar.

Reytinqin ilk “80-liy”ində İngiltərə Premyer Liqasının 15 klubu yer alır. Almaniyanın 12, İspaniyanın 9, İtaliya və Fransanın isə 8 elita təmsilçisi bu siyahıya düşürlər. Ümumilikdə Avropanın “Top-5” liqalarının 52 klubu “80-lik”də qərarlaşır. Bu isə 65 faiz deməkdir.

Bundan başqa, Portuqaliya və Niderlandın 4, Belçikanın 3, Şotlandiya, Norveç və Serbiyanın 2 komandası “Opta” reytinqinin ən yaxşı 80 klubu sırasındadır. Azərbaycanla yanaşı, Avstriya, İsveçrə, Rusiya, Polşa, Ukrayna, Türkiyə, İsrail, Xorvatiya, Çexiya və Macarıstan isə Avropa Super Liqasında 1 komanda ilə təmsil oluna bilərlər. İndiki məqamda Türkiyədən yalnız “Fənərbağça” qitənin ən yaxşı 80 komandası arasındadır.Qeyd edək ki, “Opta”nın açıqladığı reytinqdə dünyanın 13 151 komandası yer alıb. Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan “Neftçi” 244-cü, “Sabah” 307-ci, “Zirə” 615-ci, “Qəbələ” 628-ci, “Turan Tovuz” 992-ci, “Sumqayıt” 1514-cü, “Şamaxı” 1556-cı, “Kəpəz” 1651-ci, “Səbail” isə 1731-ci pillədə qərarlaşıb.скачать dle 10.6фильмы бесплатно


252

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.