• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mariya Stadnik: "Avropa çempionatında 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istəyirəm"

21-04-2023, 14:00 | Baxılıb: 271
“Mariya Stadnik:

"Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur".

Diaspor info-nun məlumatına görə, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan 35 yaşlı idmançı qələbəsini ana vətəni Ukraynaya həsr etdiyini bildirib.

Doqquzqat Avropa çempionu qitə birinciliyində 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istədiyini söyləyib: "On yaxşı rəqəmdir".

Stadnik Zaqrebdəki turnirin ona elə də zövq vermədiyini vurğulayıb: "Amma ən əsası nəticədir. Tokio olimpiadasından sonra qısa fasilə verdim. Düşündüm ki, yaşla əlaqədar güləşi davam etdirim, yoxsa idmanı tərk edim. Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi mən hələ də mübarizə aparıram. Yanvarda məşqlərə başladım, ona görə də ən yaxşı formada deyiləm. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm".

O, Avropa çempionatının finalında qalib gəldiyi həmyerlisi Oksana Livaçla Ukraynada birlikdə məşq etdiyini xatırladıb: "O, mənim üçün kiçik bacı kimidir. Hər il daha da güclənir. Biz artıq birlikdə məşq etmirik, amma onun çox yaxşı potensialı var. Ümid edirəm ki, Paris olimpiadasına vəsiqə qazanar".

Təcrübəli güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında uduzduğu əsas rəqibi olan yaponiyalı Yui Susakidən də söz açıb: "Onunla necə mübarizə aparacağımı düşünmək üçün hələ bir ilim var. Hər şeyi nəzərdən keçirəcəyəm".

Karyerasından da danışan Stadnikin sözlərinə görə, övladları əvvəlcə onun güləşməsini istəmirdi: "Yadımdadır, onlara təqaüdə çıxmaq istədiyimi bildirmişdim. Oğlum balaca olanda mənə deyirdi ki, ana, xahiş edirəm, turnirlərə getmə. İndi isə deyir ki, sən çox güclüsən, dayanma. Hazırda onlar mənim ən böyük fanatlarımdır".скачать dle 10.6фильмы бесплатно


271

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.