Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib.
Diaspor.info-nun məlumatına görə, 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var.
Bu, “Turan”ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb.
Siyahıya braziliyalı Rojerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb.
1992-2004-cü illər aralığında “Turan” və “Kəpəz”in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub.
22