22 iyun 2024-cü il tarixində Almaniyanın Berlin şəhərində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə baş tutacaq Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək.
Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur.
Bununla əlaqədar Forumun Təşkilat Komitəsi soydaşlarımızı aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir:
https://www.cognitoforms.com/Diasporgovaz/AvropadaYa%C5%9FayanAz%C9%99rbaycanl%C4%B1M%C3%BCh%C9%99ndisl%C9%99rinIForumu
“Azərbaycanlı mühəndislərin Avropa Forumu”nun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaqdır. Eyni zamanda Forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcəkdir.