• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək

6-08-2024, 09:30 | Baxılıb: 212
“Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək

Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Diaspor.info xəbər verir ki, qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.

O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.

Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 13:00 radələrində keçiriləcək.

Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda görüşlər saat 20:15-də start götürəcək.

Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək.

Mübarizəyə Bakı vaxtı ilə saat 21:50-də start veriləcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.