Ana səhifə XəbərlərRəsmi xronika
Heydər Əliyev - 100 COP29
Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib
RƏSMİ XRONİKA
01:04 09.08.2024
A- A A+
Paylaş
sharethis sharing button
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.
Diaspor.info xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.
"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", – o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.