• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

12-08-2024, 09:00 | Baxılıb: 190
“Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Diaspor.info-nun məlumatına görə, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə əvvəlcə açılış mərasiminin ən yaddaqalan anlarının yer aldığı videoçarx nümayiş olunub.

Daha sonra meydanın mərkəzində dünya xəritəsi formasında hazırlanmış səhnəyə ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan bayrağını Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Ardınca Paris Olimpiadasının son mükafatlandırma mərasimi baş tutub. Qadınlar arasında marafonun qalibləri fəxri kürsüyə dəvət olunublar. Niderlandlı Sifan Hassan qızıl, efiopiyalı Tiqst Assefa gümüş, keniyalı Hellen Onsando Obiri isə bürünc medala layiq görülüblər. İdmançılara mükafatları Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou təqdim ediblər.

Tədbirin bədii hissəsindən sonra Tomas Bax və "Paris-2024" Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe çıxış ediblər.Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra Olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan ABŞ-a ötürülüb. Bayrağı Los-Anceles şəhərinin meri Karen Bas qəbul edib. Daha sonra isə tanınmış aktyor Tom Kruz bayrağı götürərək arenanı tərk edib. Ardınca isə "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.

Sonda isə Olimpiya məşəli söndürülüb və dördilliyin ən nüfuzlu idman yarışına yekun vurulub.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.