• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qurban Qurbanov: İlk oyundakı məğlubiyyətə baxmayaraq inamımız böyükdür

27-08-2024, 22:00 | Baxılıb: 254
“Qurban Qurbanov: İlk oyundakı məğlubiyyətə baxmayaraq inamımız böyükdür

“Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.
Diaspor.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda qələbə üçün əlimizdən gələni edəcəyik. Məğlubiyyət bizi ruhdan sala bilməz. Çünki müəyyən qədər təcrübəmiz də var. Komandada əhval-ruhiyyə yaxşı səviyyədədir. Baxmayaraq ki, "Dinamo" güclü və iddialı rəqibdir. Belə çətin komandalara qarşı oynamaq bizə zövq verir. Həmişəkindən diqqətli olmalıyıq. Rəqibin heyətində təhlükəli futbolçuların olduğunu ilk oyunda gördük. İstənilən təzyiqə dözmək lazımdır. Müdafiə xəttini yarmağa çalışmalı, ağıllı və cəsarətli oynamalıyıq. Rəqib ilk matçda bəzi epizodlarda daha yaxşı təsir bağışladı. Biz də səliqəli oyun nümayiş etdirmək üçün son ana kimi vuruşacağıq. İstəyirik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.

O, sabahkı matçda qapını hansı qolkiperin qoruyacağına və zədəli futbolçuların son durumuna da aydınlıq gətirib: “Qapıçı ilə bağlı oyuna kimi qərar verəcəyik. Marko Veşoviçin vəziyyəti pis deyil. Dünəndən məşqlərə qoşulub. Marko Yankoviç isə hələlik kollektiv hazırlıqda iştirak etmir”.

Transfer məsələsinə də toxunan baş məşqçi axtarışların davam etdiyini söyləyib: "Sabah meydanda əlimizdəki oyunçularla mübarizə aparacağıq. Azarkeşlərimizi sevindirmək, onların etibarını qazanmaq istəyirik. Məsuliyyətimizi dərk edirik. Təbii ki, daha yaxşı transferlərlə komandamızı gücləndirmək istərdik. Nəticədən asılı olmayaraq, inanıram ki, meydanda yaxşı mübarizə gedəcək".

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.скачать dle 10.6фильмы бесплатно


254

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.