• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Karate üzrə XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

13-12-2024, 18:00 | Baxılıb: 1 794
“Karate üzrə XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

Azərbaycanda səfərdə olan karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuyanın rəhbərliyi ilə keçirilən XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib.
Diaspor.info-nun məlumatına görə, Dövlət Himni səsləndiriləndən sonra Azərbaycanın suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azəbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev seminar iştirakçılarını AKF-nin rəhbərliyi və İdarə Heyəti adından salamlayıb, onlara uğurlar arzu edib.

O bildirib ki, təcrübəli məşqçilər və məşhur karateçilərlə yanaşı, gənc idmançıların da iştirak etdiyi Ümumrespublika seminarının təşkilində əsas məqsəd ölkəmizdə karate üzrə idmançı və məşqçilərin texnika səviyyəsini daha da yüksəltmək, gənclərin sağlam həyat tərzinə marağını artırmaq, onların asudə vaxtının səmərəli təşkilinə kömək etməkdir.

Dünya Şotokan Karate-do Federasiyasının baş təlimatçısı, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya karateçilərimizi salamlayaraq, onlara uğurlar arzu edib. Ölkəmizə sayca 25-ci səfərinin olduğunu bildirən H.Kasuya məmnunluğunu ifadə edib. O, seminar müddətində müasir karatedə olan dəyişikliklər, konkret fəndlər üzərində praktik biliklərini nümayiş etdirəcəyini söyləyib.

Daha sonra AKF rəhbərliyi adından H.Kasuyaya Azərbaycanda karatenin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə xatirə hədiyyəsi təqdim olunub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Qeyri-olimpiya növləri üzrə sektor müdiri Fəqan Səfərov, AKF-nin vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, baş katib Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmdiyyə Məmmədov, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, XXXII Ümumrespublika texniki seminarına 250-dən çox idmançı və məşqçi qatılıb. Məşhur karate ustası seminarla yanaşı, yerli idmançılardan Dan - qara kəmər imtahanını tədbirin son günündə götürəcək.скачать dle 10.6фильмы бесплатно


1 794

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.